Previous Next
Bağla

RİNN-in fəaliyyət istiqamətləri genişləndirilib

02-12-2024 14:48
RİNN-in fəaliyyət istiqamətləri genişləndirilib

Prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib.

Xeberler.az məlumat verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra nazirlik rəqəmsal inkişaf, elektron hökumət, telekommunikasiya, poçt, kosmik fəaliyyət, yüksək texnologiyalar (rəqəmsal texnologiyalar, informasiya texnologiyaları, mikroelektronika, süni intellekt, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar), fərdi məlumatlar və nəqliyyat (avtomobil, dəmiryol, dəniz və hava nəqliyyatı, eləcə də naviqasiya) sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı hesab olunacaq. İndiyə qədər qurum nəqliyyat (Prezidentin müəyyən etdiyi hallar istisna olmaqla), o cümlədən dəniz nəqliyyatı və mülki aviasiya, rabitə (telekommunikasiya və poçt), elektron hökumət, kosmik fəaliyyət, yüksək texnologiyalar (informasiya texnologiyaları, mikroelektronika, nano, bio və digər innovativ elmtutumlu texnologiyalar) sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı sayılırdı.

Bundan başqa, fərmanla rəqəmsal texnologiyaların tətbiqi üzrə prioritetlərin müəyyən edilməsi, rəqəmsallaşdırılmanın və innovasiyaların tətbiqinin genişləndirilməsi, mövcud informasiya infrastrukturunun davamlı texnoloji inkişafına nail olunması, eləcə də dövlət xidmətlərinin və idarəetmə proseslərinin rəqəmsal mühitdə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək (1), mülki aviasiya hadisələri ilə əlaqədar axtarış və xilasetmə işlərinin təşkilində və əlaqələndirilməsində iştirak etmək (2), aidiyyəti dövlət qurumları ilə birlikdə internet idarəçiliyinin həyata keçirilməsi, habelə televiziya və radio yayımının, efir məkanının informasiya təhlükəsizliyinin və radiospektr idarəçiliyinin təmin edilməsi, eləcə də qlobal kiberhücumların qarşısının alınması ilə bağlı tədbirlər görmək (3) nazirliyin fəaliyyət istiqamətlərinə aid edilib.

Həmçinin dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na keçidi üçün tədbirlər görmək (1), rəqəmsal və digər informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə dövlət qurumları tərəfindən göstərilən xidmətlər barədə istifadəçilərin məlumatlılıq səviyyəsini artırmaq, həmin xidmətlər üzrə problemlər, eləcə də xidmətlərdən istifadə məmnunluğu ilə bağlı istifadəçilərdən alınan rəylər əsasında proseslərin davamlı təkmilləşdirilməsi üçün tədbirlər görmək (2), yol işlərinin xarakterindən və davametmə müddətindən asılı olaraq onların başlanmasına tabeliyindəki qurum vasitəsilə razılıq vermək (3), nəqliyyat donanması gəmilərində heyət üzvlərinin sertifikatlaşdırılmasına dair qaydaları müəyyən etmək (4) Dövlət Bayrağı altında üzən gəmilərin (kiçikhəcmli gəmilər istisna olmaqla), dəmiryol nəqliyyatı vasitələrinin, mülki aviasiya hava gəmilərinin və kosmik obyektlərin rəsmi reyestrlərini tabeliyindəki qurumlar vasitəsilə aparmaq (5), şəhərdaxili hərəkət (mobillik) planına rəy bildirmək (6), fərdi məlumatların informasiya ehtiyatlarının və sistemlərinin, habelə onların layihə sənədlərinin dövlət ekspertizasını tabeliyindəki qurum vasitəsilə təşkil etmək, fərdi məlumatların mühafizəsi sahəsində mülkiyyətçi, operator və subyektlərin maariflənməsini təşkil etmək (7), fərdi məlumatların mülkiyyətçi və operatorlarının sifarişlərinə əsasən fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin təşkilati və texniki cəhətdən normativ hüquqi aktların tələblərinə uyğun aparılmasının auditini tabeliyindəki qurum vasitəsilə həyata keçirmək (8), radiospektr idarəçiliyinin həyata keçirilməsi ilə bağlı bilavasitə və tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək (9), genişzolaqlı internetə çıxış imkanının və xidmətlərin keyfiyyətinin artırılması məqsədilə mövcud infrastrukturun texnoloji inkişafını təmin etmək (10), dövlət qurumlarına məxsus olan, eləcə də kritik informasiya infrastrukturlarının təhlükəsizliyi istisna olmaqla, ölkə üzrə digər informasiya infrastrukturlarının kibertəhlükəsizliyinin pozulmasına yönəldilmiş hərəkətlərin aşkarlanması və qarşısının alınması üçün aidiyyəti qurumlarla birlikdə tədbirlər görmək (11), ölkədə preventiv tədbirlərin həyata keçirilməsini təmin edən milli kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin fəaliyyətini təşkil etmək, milli və sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzləri arasında vahid məlumatlandırma mexanizmlərini müəyyən etmək (12), aidiyyəti qurumlardan, digər ölkələrin analoji qurumlarından, beynəlxalq təşkilatlardan, habelə fiziki və hüquqi şəxslərdən baş vermiş elektron təhlükələr və kiberinsidentlər barədə məlumatlar əldə etmək, həmçinin məlumatların tamlığını (dəqiq, səlis, aktual və bütöv olması) və əlçatanlığını (müraciətin, əldə etmənin, nəzarətdə saxlamanın mümkün olması) təmin etmək üçün tədbirlər görmək (13), dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi ilə bağlı Prezidentin müəyyən etdiyi qaydalara uyğun olaraq əlaqələndirici qurum funksiyalarını həyata keçirmək (14), dövlət–vətəndaş (G2C – government to citizen), dövlət-biznes (G2B – government to business), dövlət–dövlət (G2G – government to government), biznes–dövlət (B2G – business to government), biznes–istehlakçı (B2C – business to consumer) və biznes–biznes (B2B – business to business) xidmətlərinin rəqəmsallaşdırılması və mümkün olduğu halda proaktiv təşkili, habelə təkmilləşdirilməsi ilə bağlı tədbirlər görmək (15), dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı tabeliyindəki qurum vasitəsilə tədbirlər görmək (16), dəmiryol nəqliyyatı ilə daşıma proseslərinin fasiləsizliyinin, təhlükəsizliyinin və keyfiyyətliliyinin təmin edilməsinə dair təkliflər vermək (17), dalan dəmir yollarında xidmət qaydalarını müəyyənləşdirmək, həmin qaydalara və hərəkətin təhlükəsizliyi tələblərinə riayət edilməsinə, həmçinin dalan dəmir yoluna malik qurumlarda dəmiryol texniki istismar və texniki təhlükəsizlik qaydaları haqqında biliklərin yoxlanılmasına və sınaqdan keçirilməsinə nəzarət etmək (18), lokomotivlərin, yük, sərnişin və baqaj vaqonlarının, motor-vaqonlu hərəkət vasitələrinin, habelə daşımaların yerinə yetirilməsini və dəmiryol nəqliyyatının fəaliyyətini təmin edən digər hərəkət tərkiblərinin və konteynerlərin istehsalına, istismarına və saxlanılmasına dair tələbləri müəyyən etmək (19), dəmiryol nəqliyyatı infrastrukturunun ayrı-ayrı obyektlərinin, vahid istehsalat infrastrukturu şəbəkəsinin və qatarların istismarına, yanğın təhlükəsizliyinin və mühafizəsinin təmin edilməsinə, eləcə də ümumi istifadədə olan dəmir yollarında yük işinin, daşımaların və qatarların hərəkətinin təşkilinə nəzarət etmək (20), dəmiryol nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlər göstərilməsi ilə bağlı tələbləri təsdiq etmək, həmçinin ümumi istifadədə olan dəmiryol infrastrukturundan istifadə olunmaqla sərnişin və yük daşımalarının həyata keçirilməsinə nəzarət etmək (21) nazirliyin vəzifələrinə aid edilib.

Bundan başqa, fərmanla nazirliyə dəmiryol nəqliyyatı infrastrukturunun, o cümlədən dəmiryol xətlərinin və inzibati binalarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, saxlanılması, maddi-texniki bazasının inkişaf etdirilməsi, yol təsərrüfatının cari saxlanılması üçün tədbirlər görmək hüququ verilib.

Nazirlər Kabineti fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Nazirliyə yeni səlahiyyətlər verilib

18-08-2020

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb

10-01-2025

Yeni nazirlik: "Rəqəmsal transformasiyanın sürətləndirilməsi zəruridir"

12-10-2021

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə səlahiyyətli orqanlar müəyyənləşib

20-07-2023

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib

16-01-2025

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

28-09-2024

AZCON-un fəaliyyət istiqamətləri açıqlanıb

15-01-2025

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023

“Elektron Tikinti Portalı” altsistemi yaradılacaq

14-06-2023

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Azərbaycanda iki yeni dövlət agentliyi yaradılıb

12-01-2018

AZCON-un vəzifə və hüquqları açıqlanıb

15-01-2025

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025

“Şəhərsalma Nəzarəti” informasiya sistemi yaradılacaq

27-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə