Knightscope şirkətinin hazırladığı K5 adlı robot-keşikçi qeyri-müəyyən səbəbdən Corctaunda yerləşən Vaşinqton limanı ticarət kompleksinin yanındakı fəvvarəyə düşərək boğulub.
Xeberler.az ict.az-a istinadən məlumat verir ki, ticarət mərkəzinin nümayəndələri bildiriblər ki, robot yaxın vaxtlarda ticarət mərkəzinin avtodayanacaqlarına nəzarət etmək üçün alınıb və hazırda sınaq mərhələsindədir.
Şahidlərin sözlərinə görə, K5 fəvvarəyə müstəqil şəkildə yaxınlaşıb və suya düşdükdən sonra öz işini dayandırıb.
Suda batmış robot-adamın şəkilləri sosial şəbəkələrdə tez bir zamanda yayılaraq geniş müzakirələrə səbəb olub. Şahidlərdən biri qeyd edib ki, alimlər bəşəriyyətdə uçan maşınların hazırlanmasını söz versələr də, nəticədə insanlar yalnız intihara meylli robotları əldə edə biliblər.
Knightscope nümayəndələri bildiriblər ki, bu təsadüfən baş vermiş hadisədir və səbəbi araşdırılır. Şirkət, həmçinin bir həftə ərzində Vaşinqton limanına yeni avtonom-keşikçi göndərəcəyi barədə söz verib.
K5 robotu şübhəli hərəkətlərin monitorinqinin avtonom sistemini təşkil edir. 136 kq-dan çox çəkiyə malik mexanizm kamera, mikrofon, teplovizor, lazer məsafəölçəni və radarla təchiz olunub. K5 məkanın keşiyini çəkir, şübhəli hərəkətlər aşkar edildiyində kamera ilə görüntünün birbaşa yayımını həyata keçirərək kömək istəyir.
Qeyd edək ki, bu K5 robotu ilə bağlı ilk hadisə deyil. Belə ki, ötən ilin iyulunda Stenfordun ticarət mərkəzində işləyən Knightscope robotu 16 aylıq uşağın üzərinə yeriyərək onun ayağını əzib.
Oğlanın anasının sözlərinə görə, robot əvvəlcə uşağı itələmiş, sonra üzü üstə yerə yıxılmışıdr. Qurğu bu halda da dayanmamış və hərəkətini davam etdirib. Xoşbəxtlikdən, uşaq ciddi xəsarət almayıb.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri