Robot arılar bitkiləri tozlandıracaq

16-03-2018 / 14:01

Walmart korporasiyası əsl arılar kimi bitkiləri tozlandıra bilən avtonom robot-arıları patentləşdirib.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, dronlar bitkilərin çiçəkləndiyi yerlərin aşkar edilməsi üçün sensor və kameralardan istifadə edərək tozcuqları bir bitkidən digərinə daşıyacaqlar.

Görünür ki, Walmart kənd təsərrüfatına keçməyə və qida məhsulları üzərində nəzarəti gücləndirməyə ümid edir.

Qeyd edək ki, Walmart robot-arıların hazırlanması ilə məşğul olan ilk təşkilat deyil. Son illərdə alimlər nəticədə insanların istehlak etdiyi bütün məhsulların üçdə birini tozlandıran arıların azalmasını dayandırmaq üsullarını axtarırlar.

Harvard Universitetinin tədqiqatçıları ilk robot-arıları 2013-cü ildə təqdim ediblər. Hazırda onlar uça, səth üzərində otura və suda üzə bilirlər. Lakin onlardan fərqli olaraq, Walmart şirkətinin patentində təsvir edilmiş robot-arılar məsafədən idarə ediləcək və tozcuqların avtomatik aşkar edilməsi imkanına malik olacaqlar.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə