Kənd təsərrüfatının avtomatlaşdırması üçün nəzərdə tutulmuş sistemlər bu gün bir çox ölkələrdə istifadə olunur.
ABŞ-ın FarmBot Inc şirkəti bir qədər öncə eyniadlı robot-fermerin istehsalı üçün vəsait toplanması barədə elan vermişdi.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, cari ilin aprel ayında Yaponiyada hər bir fermer təqaüdə çıxdığı zaman onların robotlarla əvəz olunmasını nəzərdə tutan proqramı təqdim edib. Bu məqsədlə ölkədə 20 yeni aparat növünün yaradılması planlaşdırılır.
Tertill adlı yeni robot günəş batareyası, akkumulyator, trimmer və yaxınlaşdırma tənzimləyicilərindən ibarət dördtəkərli qurğudur. Alaq otu aşkar edildiyi zaman robot trimmeri işə salır və onu kəsir, qurğu qarşısına çıxan istənilən bitkini alaq otu “hesab edir.”
İstehsalçıların sözlərinə görə, Tertill-in istehsalı zamanı o, 2 əlavə funksiya da daşıyacaq. Qurğu sahibinin smartfonuna torpaq və əkinin vəziyyəti haqqında məlumatları ötürə biləcək.
Qeyd edək ki, ixtiraçı robotun istehsalı üçün “Franklin Robotics” şirkətinin əsasını qoymuşdur. O, əvvəllər iRobot ilə əməkdaşlıq edirdi ki, Roomba robot-tozsoranını da bu şirkətdə hazırlamışdı.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri