RYTN-in nəşr etdiyi marka İtaliyada “Ayın ən orijinal markası” seçilib

26-05-2016 / 11:01

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN)Azərmarka Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən nəşr edilən “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı marka İtaliyada “Ayın ən orijinal markası” seçilib.

RYTN-dən Xeberler.az-a verilən məlumata görə, qalib "L'arte del francobollo" jurnalının UNIFICATO adlı Facebook səhifəsində  şəbəkə istifadəçiləri tərəfindən aparılan səsvermə nəticəsində müəyyənləşib. kimi dəyişmənizi xahiş edirik.

 “Aprel 2011 - aprel 2016: incəsənətin çapı ilə beş il” adı altında redaksiya tərəfindən sosial şəbəkədə aparılan müsabiqə zamanı əsas kriterilər ən keyfiyyətli və orijinal markanın müəyyən edilməsi ilə bağlı olub.

Səsvermənin nəticələri ilk olaraq, jurnalın Facebook səhifəsində yerləşdirilib. 

Qeyd edək ki, 10 sentyabr - 5 oktyabr 2015-ci il tarixlərində Bakıda keçirilmiş Şahmat üzrə Dünya Kuboku yarışlarına həsr olunan markanın “Ayın ən orijinal markası” seçilməsi ilə bağlı məqalənin tam mətni UNIFICATO səhifəsi ilə yanaşı, jurnalın aprel sayında (l'arte del francobollo 57 aprile 2016) da yer alıb.

Məqalədə markanın planeti ideal təsvir etdiyi, həmçinin Qədim Bakıda yerləşən və Dünya kubokuna ev sahibliyi edən “Qız qalası”nın ətrafında dünyanın digər tarixi abidələrinin - İtaliyanın “Piza qülləsi”, Fransanın “Eyfel qülləsi”, Londonun “Biq Ben”-i, Rusiyanın Kreml qülləsi, Hindistanın “Ranqanatxi” məbədi, ABŞ-ın “Azadlıq heykəli”nin yer alması da vurğulanır.  

 “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı markanın rəssamı Xasay Mirzəyevdir. Ofset üsulu ilə çap edilmiş markanın tirajı 5 min olub.

Günel

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə