UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Regional İnkişaf” İctimai Birliyi və “Viollete Mentorship’’ proqramının təşkilatçılığı ilə keçirilən“InnovateHER: Fuelling Women’s Success in STEM” layihəsinin açılış mərasimi olub.
Xeberler.az məlumat verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İdarə Heyətinin sədri Milana Mir Feyzullazadə bütün dünyada aktuallığını qoruyan əsas mövzulardan biri — gender bərabərliyinin təmin olunması məsələsinə toxunub. O, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakının zəruriliyini vurğulayaraq, onların STEM istiqamətlərinə daha çox cəlb edilməsi üçün platformanın həyata keçirdiyi layihələr və təşəbbüslər barədə danışıb.
“Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva qeyd edib ki, qadınların STEM sahəsində iştirakının artırılması yalnız gender bərabərliyinin təmin edilməsi deyil, həm də cəmiyyətin sosial-iqtisadi inkişafı üçün strateji əhəmiyyət daşıyır. O bildirib ki, müasir dünyada elmi və texnoloji inkişaf dayanıqlı gələcəyin əsas dayaqlarından biridir və qadınların bu sahədə təmsilçiliyi inklüziv cəmiyyətin formalaşmasında həlledici rol oynayır.
Sonra Azərbaycan-Fransız Universitetinin icraçı direktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İdarəHeyətinin üzvü Vazeh Əskərov çıxış edərək bildiriblər ki, Azərbaycan qadınları tarix boyu bir çox sahələrdə, xüsusən elm və təhsil sahəsində mühüm rol oynayıblar. Onlar elmin inkişafına verdikləri töhfələr ilə cəmiyyətdə öz yerlərini tapmış və elmi araşdırmalar, ixtiralar və müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərlə tarixə adlarını yazdırıblar.
“Gender Hub Azərbaycan”ın təsisçisi və icraçı direktoru Məryəm Məcidova Azərbaycanda qadınların STEM sahəsindəki iştirakının əhəmiyyətindən danışaraq vurğulayıb ki, elm, texnologiya, mühəndislik və riyaziyyat bu gün yalnız bilik sahələri deyil, həm də müasir dünyanın qurulmasının əsas dayaqlarına çevrilib. Məryəm Məcidova qeyd edib ki, 21-ci əsrin ideoloji xəttini məhz STEM formalaşdırır və bu istiqamət gələcəyin inkişafının açarıdır.
“Viollete Mentorship” proqramının icraçı direktoru Sevinc Hüseynova isə qadınların texnologiya və innovasiya sektorunda iştirakının artırılmasının vacibliyindən danışıb. O bildirib ki, müasir dövrdə qadınların elmi və texnoloji inkişaf proseslərinə inteqrasiyası, onların bu sahədə liderlik imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Sevinc Hüseynova qeyd edib ki, “Viollete Mentorship” proqramı qadınların peşəkar inkişafına dəstək göstərməklə yanaşı, onların STEM sahələrində mentorluq və startap təşəbbüslərində iştirakını da təşviq edir.
Tədbir çərçivəsində keçirilən panel müzakirə zamanı isə “Urban NBS” şirkətinin təsisçisi Elmira Fərzəliyeva, “Metatesk” şirkətinin təsisçisi və icraçı direktoru Günay İmanzadə, “RimmSustainability” şirkətində ESG (environmental, social and governance) meneceri Zümrüd Cəlilova, “Hutton və “Google”un baş məhsul dəstək meneceri Esmiralda Şirinova qadınların STEM sahəsindəki rolu, eləcə də onların elm və texnologiya istiqamətlərində iştirakının genişləndirilməsi üçün zəruri olan strategiyalar barədə danışıblar. İştirakçılar vurğulayıblar ki, bu sahədə qadınların fəallığının artırılması üçün həm dövlət, həm özəl sektor, həm də vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq mühüm rol oynayır.
Qeyd edək ki, layihə çərçivəsində keçiriləcək mentorluq proqramı 3 ay davam edəcək. Xaricdə STEM sahəsində təhsil almış və həmin sahədə çalışmış Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının üzvləri arasından seçilən 25 mentor ümumilikdə 75 iştirakçıya (məktəb və universitetdə təhsil alan qadın tələbələr) dəstək göstərəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları