Xankəndidə “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir

20-10-2025 / 11:30

Xankəndi şəhərində, Xankəndi Konqres Mərkəzində Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" nə həsr olunan “QHT-lərin 3-cü Əməkdaşlıq Forumu” keçirilir.

Xeberler.az bildirir ki, forumda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Usubov, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Sosial sərmayələr departamentinin direktoru Xalid Rəcəbov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış edirlər.

Daha sonra "Türkman irsi: tarixi köklərə sədaqət", "WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar", "Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası" və “Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər" mövzularında panel iclaslar keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə