Previous Next
Bağla

Onedome startapı 10 milyon dollar investisiya alıb

20-10-2025 08:25
Onedome startapı 10 milyon dollar investisiya alıb

Böyük Britaniyada ev alqı-satqısı prosesinin müxtəlif mərhələlərini birləşdirən fintex və daşınmaz əmlak platforması “OneDome” dövlətə məxsus televiziya kanalı Channel 4-dən 7,5 milyon funt sterlinq (10 milyon dollar) investisiya alıb. Bu, Channel 4-ün media qarşılığında pay (media-for-equity) proqramı çərçivəsində həyata keçirilən sonuncu investisiyadır.

Xeberler.az bildirir ki, “OneDome” tərəfindən təqdim edilən HomeBuyer xidməti ev alanlara ipoteka məsləhəti, hüquqi sənədləşmə və əməliyyatın idarə olunması kimi mərhələləri ilə bağlı xidmət təklif edir.

Şirkət bu ilin əvvəlində Goldman Sachs kimi nüfuzlu investorların dəstəklədiyi onlayn ipoteka platforması “Trussle” startapını satın almışdı.

“OneDome” növbəti beş il ərzində Böyük Britaniyada bütün ev alqı-satqısı əməliyyatlarının 10 faizində iştirak etməyi qarşısına məqsəd qoyub.

“Trussle”nin alınmasından sonra şirkət artıq illik 5 milyard funt sterlinqə yaxın ipoteka kreditinin verilməsinə vasitəçilik edir və hər ay minlərlə daşınmaz əmlak əməliyyatını həyata keçirir.

Müqaviləyə əsasən, Channel 4 Ventures ilkin mərhələdə “OneDome”a 5 milyon funt dəyərində media resursu təqdim edəcək. Daha 2,5 milyon funt isə müəyyən biznes nəticələrinə nail olunduqdan sonra əlavə investisiya kimi yatırılacaq.

Tərəflərin planına görə, bu əməkdaşlıq çərçivəsində 2026-cı ildə HomeBuyer xidmətini tanıtmaq üçün genişmiqyaslı reklam kampaniyası başlanacaq.

“OneDome” startapı artıq mənfəətli fəaliyyət göstərdiyini (profit) bildirir və 2026-cı ilin sonunadək gəlirlərini üç dəfə artırmağı planlaşdırır.

Startapın təsisçisi və baş icraçı direktoru, azərbaycanlı Babək İsmayıldır O mediaya açıqlamasında deyib:

“Evin alınması prosesi hazırda çox mürəkkəb və stresslidir. İnsanlar işdən sonra müxtəlif xidmət təminatçıları ilə əlaqə saxlamaq məcburiyyətində qalırlar. Biz isə alıcılara bütün bu mərhələləri birləşdirən, sabit qiymətə təqdim olunan vahid xidmət paketi təklif edirik.”

Channel 4 Ventures-in rəhbəri Vinay Solanki isə bildirib ki, bu əməkdaşlıq televiziyanın güclü reklam imkanlarını investisiya təcrübəsi ilə birləşdirərək şirkətlərə əlavə dəyər qazandırır:

“OneDome ev alqı-satqısı kimi çətin və mühüm bir prosesi daha sadə, şəffaf və sürətli etməyə çalışır. Şirkət artıq Böyük Britaniyada ən sürətlə böyüyən startaplardan biridir və biz onun bu sahədə dönüş yarada biləcəyinə inanırıq.”

“OneDome” bu investisiyanı ilin sonunadək açıqlanacaq daha geniş maliyyələşdirmə raundunun bir hissəsi olduğunu bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Facebook Britaniyadakı işçilərinin əmək haqqını artırıb

13-10-2015

OpenAI reklamlardan 2,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır

10-04-2026

Həmtəsisçilərindən biri azərbaycanlı olan startap 14.4 milyon investisiya aldı

09-06-2023

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

İsveç istehsalçısı “BBC” şirkəti ilə saziş imzalayıb

03-06-2015

Azərbaycanlının da təsisçi olduğu startap 27 milyon dollar investisiya alıb

25-10-2022

Britaniyada mobil ödənişlərdən istifadə artacaq

16-04-2015

Dövlət saytlarının fəaliyyəti dayandırılacaq

30-06-2010

“X” sosial şəbəkəsi investisiya cəlb etməyi planlaşdırır

19-02-2025

Süni İntellekt Sistemləri hazırlayan startap 15 milyon dollar investisiya əldə edib

28-03-2025

Clopos startapı INMerge Ventures-dən yeni investisiya alıb

24-04-2026

Dünyada azərbaycanlıların yaratdığı startaplar-Siyahı

03-07-2017

Azərbaycanda ötən il yaradılmış vençur fondu 3 startapa vəsait ayırıb

25-05-2023

“BAKCELL”in yeni devizi bəlli oldu

12-05-2009

Britaniya kosmik fəaliyyət üçün 25 milyon dollar yaxın sərmayə qoyub

29-01-2025

İngiltərə və OpenAI strateji tərəfdaşlığa başlayır

24-07-2025

"Sony Ericsson" qayıdır

25-03-2011

Yaponiya startaplarına 84 milyon dollar yatırım edildi

27-01-2016

Turbo.az, Tap.az və Bina.az-ın sahibi 1 milyard dollar əldə edib

23-01-2024

Azərbaycan startapı “Silkway Accelerator 2026”da iştirak edəcək

27-05-2026

Crusoe startapı 1,4 milyard dollar investisiya əldə edib

27-10-2025

Uber-in rəqibi Ola 500 milyon dollar investisiya aldı

18-11-2015

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə