Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026 / 11:42

Elektron Təhlükəsizlik Xidməti son 6 ay ərzində 2 000-ə yaxın zərərli kontent yayan internet resurslarını müəyyən edilərək məhdudlaşdırıb.

Xeberler.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı tədbirdə deyib.

O bildirib ki, 184 "web defacement"lə real DDoS hücumları operativ şəkildə zərərsizləşdirilib: "1,5 milyondan artıq məlumat sızıntısı faktları aşkarlanaraq müvafiq reaksiya tədbirləri həyata keçirilib. Bu müdafiə sisteminin tamamlayıcı hissəsi isə vətəndaşların rəqəmsal savadlılığının artırılmasıdır. Dövlətin kiber müdafiə mexanizmləri nə qədər güclü olsa da, son nöqtədə qərarı vətəndaşın özü verir. Rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarını bilmək, şəxsi məlumatlara düzgün rəftar etmək, onlayn xidmətlərdən məsuliyyətlə istifadə etmək – bunlar istehlakçı hüquqlarının qorunmasında dövlət tədbirləri qədər vacibdir".

Onun sözlərinə görə, elektron ticarətin sürətlə genişləndiyi, dövlət xidmətlərinin onlayn platformalara köçürüldüyü bir dövrdə istehlakçıların hüquqlarının qorunması yalnız qanunvericilik məsələləri ilə deyil, həm də rəqəmsal infrastrukturun keyfiyyəti ilə bağlı məsələdir: "Şəxsi məlumatların qorunması, təhlükəsiz ödəniş mexanizmləri, xidmətlərin şəffaflığı və etibarlılığı, rəqəmsal platformaların mövcudluğu müasir istehlakçı hüquqlarının əsas sütunudur. Bu gün elektron ticarət platformalarında xidmət və məhsul alan istehlakçıların hüquqlarının qorunması, şəffaf müqavilə şərtlərinin təmin edilməsi və təhlükəsiz ödəniş mexanizmlərinin mövcudluğu xüsusi diqqət tələb edir. Dövlət tərəfindən həyata keçirilən rəqəmsal transformasiya tədbirləri məhz bu sahədə etibarlı və təhlükəsiz mühitin formalaşmasına birbaşa xidmət edir. Bu mühitin dayanıqlı və davamlı olması üçün kiber təhlükəsizlik məsələləri çox vacibdir. Aktiv müdafiə mexanizmləri olmadan qurulmuş hər hansı rəqəmsal infrastruktur tam mənada etibarlı sayıla bilməz".

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə