Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov “Trendyol” şirkətinin Rəqabət departamentinin müdiri HaticeYavuz ilə görüşüb.
Xeberler.az bildirir ki, görüş çərçivəsində elektron ticarət sahəsində mövcud vəziyyət və inkişaf tendensiyaları, rəqəmsal məkanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin üstünlükləri, “Trendyol” kimi institusional oyunçuların elektron ticarətin genişlənməsi və istehlakçı hüquqlarının qorunmasında roluna dair fikir mübadiləsi aparılıb.
Tərəflər arasında aparılan müzakirələrdə rəqəmsal ticarətin inkişafını səciyyələndirən amillər və bu sahənin istehlakçılar üçün artan rolu da diqqətə çatdırılıb. Qeyd olunub ki, onlayn ticarət istehlakçıların seçim hüququnun təmin olunmasına şərait yaradır və elektron ticarətin subyektləri üçün əlçatanlığı artırır.
Görüşdə həmçinin Agentlik tərəfindən istehlak bazarında və onlayn ticarətdə rəqabət mühitinin qorunması, bazar iştirakçıları arasında hüquqi məlumatlılığın artırılması və qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin təşviqi istiqamətində müntəzəm həyata keçirilən tədbirlər barədə məlumat verilib, elektron ticarətin rəqəmsal iqtisadiyyatın inkişafına verdiyi töhfələrdən bəhs olunub.

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları