“AzInTelecom” 65 minə yaxın IMEI koda “klon” statusu verib

11-03-2026 / 10:41

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların surəti köçürülmüş IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir.

Xeberler.az bildirir ki, şirkətdən verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində indiyədək 64 548 IMEI koda “klon” statusu verilərək blok edilib. Həmin IMEI kodlar son üç ay ərzində 1 598 524 mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb.

Bildirilib ki, bu IMEI kodlarla 1 506 090 dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”a məxsus Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

“AzInTelecom” MMC tərəfindən mütəmadi monitorinqlər aparılır və surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma həyata keçirilir. Araşdırma nəticəsində surəti köçürülmüş IMEI kodlara “klon” statusu verilərək onların istifadəsi məhdudlaşdırılır.

Qeyd olunub ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən Azərbaycana gətirilən mobil cihazların ölkə telekommunikasiya şəbəkəsində istifadə olunması üçün onların IMEI kodları 30 gün ərzində qeydiyyatdan keçirilməlidir.

Vətəndaşlar mobil cihazların IMEI kodlarının orijinallığını “mygov” portalı vasitəsilə yoxlaya bilərlər.

 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə