Previous Next
Bağla

Samsun şəhərində keçirilən “TEKNOFEST” festivalı çərçivəsində görüş keçirilib

01-09-2022 23:17
Samsun şəhərində keçirilən “TEKNOFEST” festivalı çərçivəsində görüş keçirilib

Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Türkiyə Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüş zamanı Dijital Dönüşüm Ofisi ilə Dövlət Agentiyinin Elektron Hökumətin İnkişafı Mərkəzi arasında görülən işlərdən danışılıb.

Əməkdaşlığın ilkin mərhələsində Türkiyənin “e-Devlet Kapısı” portalına e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir. Belə ki, hər bir Türkiyə vətəndaşı ölkəsini tərk etmədən “e-Devlet Kapısı” (turkiye.gov.tr) üzərindən Azərbaycanda onlar üçün göstərilən elektron xidmətlərə müraciət edə bilər.

Proses həmçinin Azərbaycan vətəndaşları üçün də keçərlidir. Yəni, Azərbaycan vətəndaşları “ASAN Login” üzərindən elektron hökumət portalına daxil olaraq oradan qardaş Türkiyənin elektron dövlət xidmətlərinin göstərildiyi “e-Devlet Kapısı” (turkiye.gov.tr) portalına keçid və uyğun xidmətlərə müraciət edə bilərlər.

Dünyada bir ilk olan bu əməkdaşlıq nümunəsinin növbəti mərhələsində isə Azərbaycan və Türkiyə dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi və bir çox xidmətlərin əlaçatan və operativ təmin edilməsi nəzərdə tutulub.

Əməkdaşlıq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında 2020-ci ildə imzalanmış Anlaşma Memorandumu əsasında baş tutub. Memorandumun əsas məqsədi tərəflər arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Türkiyədə “Elektron hökumət” portalı yaradılıb

29-08-2015

Nazir Türkiyənin Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb

11-06-2022

Azərbaycan və Türkiyə elektron dövlət portalları inteqrasiya ediləcək

30-08-2022

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

26-02-2020

Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi imzalanıb

15-09-2021

Azərbaycan ilə Türkiyə arasında Rəqəmsal Transformasiya Forumu təsis ediləcək

15-01-2022

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Türkiyə ilə fərdi məlumatların mühafizəsi sahəsində əməkdaşlıq müzakirə edilib

11-04-2022

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025

Azərbaycan Türkiyədə keçirilən “Teknofest 2022”də milli pavilyonla təmsil olunur  

30-08-2022

Rəqəmsal transformasiya üzrə Azərbaycan-Türkiyə İşçi qrupunun ilk iclası keçirilib

10-06-2021

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020

"ASAN Viza" portalının türkmən dilində versiyası istifadəyə verilib

13-03-2026

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

İpoteka və Kredit Zəmanəti Fondu SİMA sisteminə inteqrasiya olunur

28-01-2023

Daha bir xidmət “Elektron hökumət” portalına inteqrasiya olundu

24-06-2015

Nazir Rəşad Nəbiyevin Türkiyə Respublikasına səfəri başa çatıb

19-02-2021

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Rəqəmsal Hökumət təşviqat proqramının üçüncü mərhələsi başa çatıb

30-09-2019

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

ASAN xidmət-lə Dövlət Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb

15-02-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə