Cənubi Koreyanın Samsung Electronics korporasiyası Galaxy J7+ smartfonunu təqdim edib.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, yeni qurğu 1920x1080 piksel təsvir ölçülü 5,5 düymlük Super AMOLED displeyi, 2,4 QHs-dək səkkiz nüvəli MediaTek Helio P20 prosessoru, Mali-T880 qrafik sürətləndiricisi və LTE Cat-6 (məlumatların ötürülmə sürəti 300 Mbit/san təşkil edir) modemi, 4 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib.
256 QB-dək tutumlu çıxarılıb taxılan microSD daşıyıcılarının qurğuya qoşulması mümkündür.
Əsas kameranın təsvir ölçüsü 13 meqapikseldir və işıq diodu işıqlandırıcısına malikdir. Ön kameranın təsvir ölçüsü, həmçinin 13 meqapikseldir.
Bundan başqa, qurğu GPS, Wi-Fi 802.11 b/g/n və Bluetooth 4.2 simsiz rabitə modulları, 3000 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib və Android 7.1 Nougat mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Barmaq izləri skaneri və 2 SIM kart üçün slot var.
Samsung Galaxy J7+ smartfonu 22 sentyabr 2017-ci ildə satışa çıxarılacaq. Cihazın qiyməti təxminən 388 dollar təşkil edəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri