Galaxy Note 8 təqdim edildi

24-08-2017 / 10:30

Samsung yeni Galaxy Note8 smartfonunu təqdim edib.

Xeberler.az-ın məlumatına görə, Samsung Galaxy Note 8 geniş ekran və S Pen dəstəyinə malikdir. Yeni qurğu həmçinin  rəqiblərindən fərqli olaraq şüşə və metaldan hazırlanmış dizayna malikdir.

8,6 mm qalınlığında və 195 qr ağırlığında olan smartfon barmaq izi sensoru  ilə işləyəcək.

Smartfon 1440x2960 piksel təsvir ölçülü və 18,5:9 tərəflər nisbətinə malik 6,3 düymlük displeylə təchiz ediləcək.

Telefon IP68 standartına uyğun olaraq su və toza qarşı davamlıdır. Note8, həmçinin səkkiznüvəli Exynos 8895 prosessoru və 6 QB-lıq əməli yaddaşla təchiz edilib.

Qurğuda əsas özəllik ikiqat kameranın mövcud olmasıdır. Hər iki modul 12 meqapiksel təsvir ölçüsünə və optik sabitləşmə sisteminə malikdir. Bundan başqa, aparat 8 meqapiksellik ön sensorla təchiz edilib.

Akkumulyatorun tutumu 3300 milliamper/saat təşkil edir, USB Type-C interfeysi vasitəsilə enerjidoldurma imkanı nəzərdə tutulub. Bundan başqa, qurğu Gear 360 kamerası, Gear S3 smart saatı, DeX birləşdirici stansiya və Gear VR eynəyi ilə işi dəstəkləyir.

Qeyd edək ki, yeni telefonu Samsung-un rəsmi saytından ilkin sifariş etmək mümkündür.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə