Previous Next
Bağla

Blackphone-nun ikinci nəsli nümayiş olundu

09-03-2015 20:58
Blackphone-nun ikinci nəsli nümayiş olundu

Kanadanın “Silent Circle” startapı Barselonada keçirilən “Mobile World Congress 2015” sərgisində “Blackphone” smartfonunun təkmilləşdirilmiş versiyasını nümayiş etdirib. İstehsalçılar bildirib ki, qurğu ən təhlükəsiz smartfon adına iddialıdır.

Xəbərlər-in xarici mətbuata istinadən məlumatına görə, “Blackphone 2” smartfonu 5,5 düyüm diaqonallı ekran, səkkiznüvəli prosessor, 3 Gb əməli və 32 Gb daxili yaddaşla təchiz edilib. Qurğunun digər xarakteristikaları hələlik bilinmir.

Məlumata görə, smartfon 2015-ci ilin ikinci yarısında bazara çıxarılacaq.

“Blackphone” smartfonunun birinci versiyası ilk dəfə 2014-cü ilin yanvarında elan edilib və iyulun əvvəlində bazara çıxarılıb. 

ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə