Xeberler.az bildirir ki, "Samsung Galaxy Note10" smartfonunun əsas kamerası "Galaxy S10" modelinin malik olmadığı yeni funksiya ilə təchiz ediləcək. Belə ki, yeni qurğuda "AI ISO" və ya "Smart ISO" adlı sistem tətbiq ediləcək.
Şirkət süni intellekt sistemindən istifadə etmək niyyətindədir. Yeni intellektual sistem işıqlandırmadan asılı olaraq müxtəlif şəraitlərdə çəkiliş zamanı "ISO" rəqəmini avtomatik tənzimləyəcək. Bundan başqa, istehsalçı tərəfindən qeydiyyatdan keçirilən patentlərin təsvirində qeyd olunur ki, sistem müxtəlif şəraitlərdə çəkilişlər zamanı istifadəçinin üstünlüklərini yadda saxlayaraq vaxt ötdükcə təkmilləşdirə biləcək.
Əvvəlki informasiyaya görə, "Samsung Galaxy Note10" smartfonunun əsas kamerası mexaniki yolla tənzimlənən üç dəyişkən diafraqma rəqəminə malik olacaq. "F/1,5" və F/2,4 ilə yanaşı, F/1,8 aralıq diafraqma rəqəmi əlavə olunacaq. "Samsung Galaxy Note10" smartfonunun təqdimatı isə avqustun 7-nə planlaşdırılır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri