Xeberler.az bildirir ki, "Xiaomi Mi Mix 4" smartfonu 108 meqapiksellik təsvir ölçülü kamera ilə təchiz ediləcək. Bu haqda "Gizmochina" dərgisi yazıb. "Mi Mix 4" smartfonu 2019-cu ilin sentyabrında təqdim ediləcək. Mənbələrin məlumatına görə, bu, 108 meqapiksellik "Samsung ISOCELL Bright HMX" kamerası ilə təchiz edilmiş ilk smartfon olacaq. Sözügedən sensor 12032x9024 nöqtə təsvir ölçülü şəkil çəkə biləcək, həmçinin gələn il təqdim ediləcək "Samsung Galaxy S11" aparatına quraşdırılacaq. Bundan başqa, "Mi Mix 4" smartfonu "Snapdragon 855 Plus" prosessoru, 100 vatt gücündə enerjidoldurma texnologiyasını dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək, ön kamera isə ekrana quraşdırılacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri