Cənubi Koreyanın “Samsung Electronics” şirkəti sentyabrın 2-də yeni məhsullarını onlayn rejimdə təqdim edəcək.
Xeberler.az TASS-a istinadən xəbər verir ki, bu barədə korporasiya çərşənbə günü yaydığı press-relizdə məlumat verib.
“Life Unstoppable” adlı tədbirdə şirkət mobil telefonlar, daşınan qurğular, televizorlar, audio və məişət texnikalarındakı son model məhsullarını nümayiş etdirəcəyinə söz verib.
“Qonaqlar interaktiv virtual aləmə səyahət edərək əyləncə, yaradıcılıq və səmərəlilik məqsədlərinə xidmət edən yeni “Samsung” məhsullarını görəcəklər”, - məlumatda deyilir. Amma şirkət 45 dəqiqəlik təqdimat zamanı konkret hansı məhsulların təqdim olunacağını açıqlamayıb.
Qeyd edək ki, avqustun 5-də “Samsung Electronics”in “Galaxy Unpacked” adlı daha bir onlayn tədbiri keçiriləcək. Tədbir zamanı korporasiya beş yeni mobil məhsul təqdim edəcək. “Yonhap” agentliyinin məlumatına görə, bunlar “Note 20” fableti, “Fold 2” və “Flip 5G” bükülələn smartfonları, “Buds Live” simsiz qulaqcıqları və “Watch 3” smartsaatları olacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri