Samsung yeni Galaxy S8-in imkanlarını genişləndirəcək

08-11-2016 / 10:46

Samsung Electronics Co Ltd şirkəti gələcək Galaxy S8 smartfonu üçün süni intellekt əsasında rəqəmsal assistent təqdim etmək niyyətindədir.

Xeberler.az xarici mediaya istinadən məlumat  verir ki, şirkətin əsas məqsədi Galaxy S7-nin uğursuzluğundan sonra öz əvvəlki nüfuzunu bərpa etməkdir.

Şirkət Viv adlı süni intellekt platformasını Galaxy smartfonlarına birləşdirməyi, o cümlədən məişət cihazları və daşınan qurğularda səs assistenti xidmətini genişləndirməyi planlaşdırır.

İnvestorlar iddia edirlər ki, Galaxy S8 çox güclü və keyfiyyətli qurğu olmalıdır ki, şirkət istehlakçıların əvvəlki etibarını və öz gəlirlərini bərpa edə bilsin.

Samsung hələ süni intellekt əsasında istifadəyə veriləcək yeni xidmətinin bütün imkanları barədə məlumat verməyib. Galaxy S8-in növbəti ilin başlanğıcında satışa çıxarılacağı gözlənilir.

Texnologiya şirkətləri öz istehlakçıları ilə mobil qurğular arasındakı qarşılıqlı təsiri gücləndirmək məqsədilə süni intellekt sahəsində liderliyi əldə etmək uğrunda ciddi rəqabətə giriblər. Hələlik Googleşirkəti bu sferada öz liderliyini qoruyub saxlayır. Lakin Amazon, Apple və Microsoft Corp kimi tanınmış şirkətlər də səs əsasında öz şəxsi rəqəmsal assistentlərini təqdim edirlər.  

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə