Samsung-un rəhbəri vergiləri ödəmədiyinə görə həbs edilib

00-00-0000 / 00:00

Li Qon Xi – Cənubi Koreyada ən zəngin insanlardan biridir. Cənubi Koreyanin Samsung şirkətinin baş direktoru Li Qon Xi vergi ödəməkdən yayınmaqda təqsirli bilinib və şərti olaraq üç il müddətinə həbs cəzasına məhkum edilib. Bundan başqa, Seulun dairə məhkəməsi 66 yaşlı Li Qon Xinin üzərinə 109 milyon dollar ölçüsündə cərimə qoyub. İttiham tərəfi şirkət rəhbərinə daha sərt cəza verilməsində israr edirdi. Prokuror müttəhim üçün yeddi illik həbs cəzası və 347 milyon dollar məbləğində cərimə tələb edib.

Məhkəmə qərar çıxarmazdan əvvəl Cənubi Koreyanın ən iri konqlomeratında korrupsiya haqqında iş üzrə üç aylıq araşdırma aparılıb.

Li Qon Xi 20 il ərzində Samsung-a rəhbərlik edib və öz vəzifəsindən 2008-ci ilin aprelində gedib.

O, Cənubi Koreyada ən varlı insanlardan biridir.

Samsung Group-la bağlı araşdırma bu ilin əvvəlində başlanıb. Buna şirkətin keçmiş hüquqşünasının Samsung-un müxtəlif məmurlara rüşvət verməsi haqqında bəyanatı təkan verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə