Previous Next
Bağla

Saytların analitikasını aparan platformaların reytinqi

02-05-2017 10:54
Saytların analitikasını aparan platformaların reytinqi

Veb-analitika veb-saytlardan statistik məlumatların toplanması, ölçülməsi, təhlili və hesabatların hazırlanmasıdır. Veb-saytların analitikası əsasən, demoqrafik göstəricilər (yaş, cins), dillər üzrə, brauzerlər, zaman intervalı, kontent və coğrafi göstəricilərə görə (ölkə, şəhər) hesabatlar hazırlamağa imkan verir.

Bu barədə Xeberler.az-a veb-resursların analitikasının mövcud vəziyyəti və problemləri barədə danışan AMEA İnformasiya Texnologiyaları İnstitutunun  əməkdaşı Yusif Sadıyev məlumat verib.

Veb-analitikanın tarixindən söz açan Y. Sadıyev 1993-cü ildə veb-saytlara olunan müraciətlərin loq-fayllarda qeydə alındığını və həmin ildə Webtrends veb-analitika xidmətinin fəaliyyətə başladığını nəzərə çatdırıb:

“ 1995-ci ildə professor Stefan Turner tərəfindən Analog adlı ilk loq-fayl analizi proqramı hazırlanıb. 2004-cü ildə veb-resurslardan toplanan rəqəmsal məlumatların analizi ilə məşğul olan The Web Analytics Association yaradılıb və 2011-ci ildə adı Digital Analytics Association olaraq dəyişdirilib. 2005-ci ildə isə Google şirkəti Google Analytics xidmətini təklif etməyə başlayıb”.

O, veb-saytların 65,50 faizinin analitika xidmətlərindən istifadə etdiyini, 34,50 faizinin isə istifadə etmədiyini vurğulayıb.

Mütəxəssis veb-saytların analitikasını aparan platformaların reytinqini təqdim edib.

Belə ki,  ilk beşlikdə Google Analytics, Yandex.Metrica, WordPress Jetpack, LiveInternet və New Relic yer alır.

Y.Sadıyev Azərbaycan İnternet seqmentində veb-saytların analitikasının müasir vəziyyəti və problemlərinə də toxunub:

 “Azərbaycan İnternet seqmentində veb-resursların böyük əksəriyyətinin analizi və statistikası müxtəlif platformaların təqdim etdiyi xidmətlərdən istifadə etməklə aparılır. Veb-resursların bütün statistik məlumatları tam olaraq bu platformalarda saxlanılır. İstifadəçi hesab məlumatlarını itirərsə, öz veb-resursuna aid olan bütün informasiyanı itirmiş olur. Bu kimi problemlər Milli İnformasiya Təhlükəsizliyi Konsepsiyasının işlənilməsi və Milli Statistika Sisteminin qurulması zərurətini meydana çıxarır”.

Günel 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Veb-saytların monitorinqi aparılıb

Veb-saytların monitorinqi aparılıb

17-09-2015
AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016
AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015
Google saytların müxtəlif avadanlıqlarda işləmə sürətini dəyərləndirəcək

Google saytların müxtəlif avadanlıqlarda işləmə sürətini dəyərləndirəcək

03-06-2016
Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016
AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

12-01-2009
Veb-spamlarla bağlı araşdırmalar aparılır

Veb-spamlarla bağlı araşdırmalar aparılır

03-05-2018
Tibbi  veb-saytların problemləri araşdırılıb

Tibbi veb-saytların problemləri araşdırılıb

19-05-2016
Kiberhücuma məruz qalmış az. kodlu resursların sayı açıqlanıb

Kiberhücuma məruz qalmış az. kodlu resursların sayı açıqlanıb

26-01-2023
“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016
Veb-brauzerlər üçün GooglePreviewIE v.1.4

Veb-brauzerlər üçün GooglePreviewIE v.1.4

10-10-2008
Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

Seçki məntəqələrində veb-kameralar quraşdırılıb

09-09-2016
“Veb-kamera”lar sınaqdan keçirilib

“Veb-kamera”lar sınaqdan keçirilib

31-10-2010
İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016
Veb xidmətlərin əksəriyyətində təhlükə var

Veb xidmətlərin əksəriyyətində təhlükə var

09-06-2016
Azərbaycandilli veb-saytlar inkişaf etmiş ölkələrdən geri qalır

Azərbaycandilli veb-saytlar inkişaf etmiş ölkələrdən geri qalır

29-12-2015
Saytların sayı 650 milyona çatıb

Saytların sayı 650 milyona çatıb

03-04-2013
Məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb

Məntəqə seçki komissiyalarında “veb-kamera”ların quraşdırılması prosesi başlayıb

30-11-2009
Şamaxı Astrofizika Rəsədxanasının  saytı yenilənib

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017
Dünyanın ilk veb saytının 25 yaşı oldu

Dünyanın ilk veb saytının 25 yaşı oldu

21-12-2015
“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

“Google Chrome” veb-brauzerində boşluq aşkarlanıb

19-04-2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin veb-saytı yenilənib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin veb-saytı yenilənib

11-08-2023
AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016
Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

Səsvermə günü məntəqələrin cəmi 10 faizində veb-kameralar quraşdırılacaq

18-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə