Previous Next
Bağla

Tibbi veb-saytların problemləri araşdırılıb

19-05-2016 10:15
Tibbi  veb-saytların problemləri araşdırılıb

Məlumdur ki, internet çoxsaylı informasiya mənbələrinə azad və sürətli girişi təmin edir. Elm və texnika, ədəbiyyat və incəsənət, iqtisadiyyat, siyasət, gündəlik məişət və s. kimi fəaliyyət sahələri üzrə insanların marağına səbəb olan bir çox məsələlər veb-saytlarda öz əksini tapmışdır. Tibb də belə sahələrdən biridir. İnternetdə istifadəçilərin müxtəlif kateqoriyaları – həkimlər, pasiyentlər, səhiyyə təşkilatçıları, elmi işçilər, sığorta şirkətləri və s. üçün maraq kəsb edən, tibb sahəsinə aid olan çoxsaylı materiallara rast gəlmək mümkündür.

AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçirilən növbəti elmi seminar da məhz “Tibbi təyinatlı veb-saytlar: əhəmiyyəti, problemləri və onların həlli yolları” mövzusuna həsr olunub.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, məruzəni təqdim edən 16 saylı şöbənin müdiri Gülnarə Nəbibəyova veb-texnologiyaların inkişaf mərhələləri olan Veb 1.0, Veb 2.0 və Veb 3.0-ın tibbi təyinatlı veb-saytlara təsiri, tibbi təyinatlı veb-saytların təsnifatlaşdırılması, HON təşkilatı və HON kodeksinin əsas prinsipləri haqqında ətraflı məlumat verib.

Veb-texnologiyaların inkişafının tibbi təyinatlı veb-saytlara öz təsirini göstərdiyini söyləyən məruzəçi veb-texnologiyaların inkişaf mərhələlərinin internetdə daim dəyişən ümumi təsəvvürün – dizayn, struktur, məlumatların sayta yerləşdirilməsi və s. təmin olunması məqsədilə tətbiq edildiyini vurğulayıb.

 Tibbi təyinatlı veb-saytların istifadəçilərin tipi (hədəf auditoriyası) və sayta olan müraciətlərin məqsədinə görə fərqləndirildiyini qeyd edən G.Nəbibəyova bu saytlara pasiyentlər, müalicə-diaqnostik bölmələr və səhiyyə təşkilatları üzrə mütəxəssislər, maliyyə-təsərrüfat və kadr xidmətlərinin mütəxəssislərinin xəstəliklərin müalicəsi və profilaktiki vasitələr, iş axtarışı, məlumat əldə etmək, ünsiyyət qurmaq və s. məqsədlərlə müraciət etdiklərini diqqətə çatdırıb.

G.Nəbibəyova BMT-nin İqtisadi və Sosial Şurasında akreditə olunmuş qeyri-kommersiya və qeyri-hökumət təşkilatı olan HON (Health On the Net Foundation – İnternetdə Sağlamlıq Təşkilatı) haqqında ətraflı məlumat verərib.

O bildirib ki, təşkilatın məqsədi internetdə etibarlı tibbi informasiyanın təqdim olunmasına nəzarət etmək və istifadəçilərə böyük həcmli tibbi informasiyalardan istifadə etməyə kömək etməkdir.

Onun sözlərinə görə, bu təşkilat internetin köməyi ilə pasiyentlər, peşəkarlar və geniş ictimaiyyətin ən yeni və aktual tibbi məlumatlara girişinin sadələşdirilməsi məqsədilə tibbi informasiyanın yayılmasına dəstək verir.

HON kodeksinin əsas prinsiplərindən danışan G.Nəbibəyova qeyd edib ki, bu kodekslərə müəlliflik, saytın hədəfi, məxfilik, sənədləşdirmə, iddiaların əsaslandırılması, əlaqə məlumatları, maliyyə mənbələri, reklam siyasəti daxildir.

 Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Veb-saytların monitorinqi aparılıb

17-09-2015

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Daha 3 tibbi məlumat “mygov” platformasına inteqrasiya olunub

23-07-2025

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

AMEA veb-saytların monitorinq nəticəsini açıqlayıb

06-02-2016

Şəki Regional Elmi Mərkəzin saytı yeniləndi

03-07-2017

AMEA-nın veb-saytlarının monitorinqi keçiriləcək

15-07-2015

“Elektron tibb e-elmin tərkib hissəsidir”

16-05-2016

“Tibbdə İnternet” Beynəlxalq konqresi

27-08-2008

Ədəbiyyat İnstitutunun saytı yenilənib

18-05-2017

Saytların analitikasını aparan platformaların reytinqi

02-05-2017

Veb-spamlarla bağlı araşdırmalar aparılır

03-05-2018

Botanika İnstitutunun veb-saytı yeniləndi

08-06-2017

Süni intellekt tibdə yeni imkanlar yaradır

06-05-2026

Vətəndaşların xəstəlik tarixçəsi “mygov”a daxil edilib

11-08-2025

Elmi müəssisə və təşkilatların veb-saytlarının fəaliyyəti genişləndirilir

21-02-2016

AMEA ilin ən yaxşı veb-saytlarını açıqladı

10-03-2017

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

Şamaxı Astrofizika Rəsədxanasının saytı yenilənib

17-07-2017

Google saytların müxtəlif avadanlıqlarda işləmə sürətini dəyərləndirəcək

03-06-2016

“mygov”da tibbi məlumatlara çıxış imkanları genişlənib

30-05-2025

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Kimya jurnalının saytı təqdim edildi

29-06-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə