“Şəbəkə”dən istifadə edənlərin sayı 10 minə çatıb

01-03-2017 / 17:18

“Şəbəkə” xidmət mərkəzinin açılışından cəmi 18 gün keçməsinə baxmayaraq artıq onun xidmətlərindən minlərlə vətəndaş yararlanıb. Belə ki, xidmət mərkəzindən istifadə edənlərin sayı on minə çatıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a verilən məlumata görə, mərkəzin on mininci müştərisi olaraq qeydə alınan Bakı şəhər sakini İsmayılov Etibar Bədəl oğlu mükafatlandırılıb.

Qalibə hədiyyələr təqdim olunub.


İlk “Şəbəkə” xidmət mərkəzi Üzeyir Hacıbəyli 36, ünvanında yerləşir.

Mərkəzdə bütün növ telekommunikasiya, poçt, bank və maliyyə xidmətləri göstərilir. Vətəndaşlar telefon çəkilişi, internetə qoşulma, bütün növ rabitə xidmətlərinin ödənişi, mobil cihazların IMEI qeydiyyatı, elektron hökumət xidmətlərindən yararlanmaq, elektron imza, valyuta mübadiləsi və aviabiletlərin alınması üçün bu mərkəzə müraciət edə bilərlər.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə