Previous Next
Bağla

Serverinizdən kim istifadə edir?

20-06-2016 13:35
Serverinizdən kim istifadə edir?

Avropa internet provayderinin köməyi ilə Kaspersky Lab şirkəti cinayətkarların kommersiya və dövlət təşkilatlarının serverlərinə giriş imkanı satan beynəlxalq genişmiqyaslı veb-meydança aşkar edib.

Burada bir serverə girişin minimal qiyməti 6 ABŞ dolları təşkil edir. 

Kaspersky Lab-dan Xeberler.az-a verilən məlumata görə, hazırda “xDedic” adı altında fəaliyyət göstərən tanınmış resurs alıcılara 70 mindən artıq hücuma məruz qalmış serverə giriş təklif etməyə hazırdır. Onların böyük hissəsi tanınmış saytlar və veb-servislərdir. Hücuma məruz qalmış serverlərin əhəmiyyətli hissəsi Rusiyadadır. Bununla yanaşı, ticarət platformasını rusdilli qruplaşmanın yaratdığı təxmin edilir.

Kaspersky Lab şirkətinin mütəxəssisləri müəyyən ediblər ki, “xDedic”ə məlumatlar adətən serverə birbaşa hücumlar sayəsində daxil olur. Lakin məlumatları satışa çıxarmazdan öncə meydança operatorları protokolların konfiqurasiyasını, yaddaşı, proqram təminatını, brauzer tarixini və digər detalları, yəni alıcıları maraqlandıracaq bütün xüsusiyyətləri yoxlayırlar.

Nəticədə, hazırda “xDedic” meydançasında dövlət, kommersiya və təhsil təşkilatlarına məxsus serverlərə, mərc və onlayn oyunları, internet mağazaları, bank və ödəniş sistemləri xidmətləri, mobil şəbəkə veb-servisləri, internet provayder resurslarına giriş yaradan məlumatların saxlandığı serverlərə rast gəlmək mümkündür. Bununla yanaşı, “xDedic”də əvvəlcədən quraşdırılmış proqram təminatı ilə serverlər satılır. Onlar birbaşa poçt, maliyyə və POS proqramlara girişə malik olduqlarından hücumları asanlaşdırır.

Serverlərin qanuni sahiblərinin əksər hallarda onların İT-infrastrukturunun kibercinayət əməliyyatlarında istifadə olunduğu barədə xəbərləri olmur. Ehtimal olunur ki, “xDedic” meydançası 2014-ci ildə yaradılıb, lakin cinayətkarlar arasında populyarlığı yalnız 2015-ci ilin ortalarında qazanıb. Hazırda sözügedən meydançada 400-dən çox satıcı 173 ölkədən serverə giriş imkanı təklif edir. Rusiya ilə yanaşı ən zərərçəkmiş ölkələr siyahısında Braziliya, Çin, Hindistan, İspaniya, İtaliya, Fransa, Avstraliya, CAR və Malayziya da var.

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Bankın onlayn xidmətindəki problem müştəridə güvənsizlik yaradır”

27-07-2017

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018

Kaspersky Lab hesabat açıqladı

29-06-2018

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019

Bakıda 11 min kompüter hücuma məruz qalıb

03-03-2017

DDoS hücum ən çox şantaj üçün edilir

24-08-2017

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016

Elan saytlarında istifadəçilərin şəxsi məlumatları və pulları necə oğurlanır?

18-07-2016

Azərbaycan istifadəçilərinin üçdə ikisi kibertəhdidlərlə qarşılaşıb

17-07-2018

Yeni Zelandiyada özəl kosmodrom tikiləcək

10-07-2015

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Bu il şirkətlərə qarşı kiber-hücumların sayı iki qat artıb

25-12-2015

Bu proqram söhbətlərə gizlicə qulaq asır

18-01-2018

Kibercinayətkarlıq indiyədək görünməmiş həddə çatıb

06-01-2017

Hakerlər Telegram-dakı problemdən necə faydalanıb?-Araşdırma

15-02-2018

Kaspersky Lab Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib

24-01-2019

Bu il ən çox hansı sahələr kiberhücuma məruz qalıb?

28-12-2016

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017

Kaspersky Lab : Azərbaycanda kiber hücumların sayı artıb

17-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə