Previous Next
Bağla

Elan saytlarında istifadəçilərin şəxsi məlumatları və pulları necə oğurlanır?

18-07-2016 16:51
 Elan saytlarında  istifadəçilərin şəxsi məlumatları və pulları necə oğurlanır?

Dələduzlar əmtəə və xidmətlərin alqı-satqısı üzrə elanların yerləşdirildiyi populyar meydançaları istifadəçilərin şəxsi məlumatları və pullarını oğurlamaq üçün fəal şəkildə istifadə edir.

Xeberler.az bildirir ki, Kaspersky Lab-ın məlumatına əsasən, ən yayılmış hücum sxemlərindən biri fişinq SMS-lərin göndərilməsidir.

 Bu hal belə baş verir: sözügedən meydançaların birində elan yerləşdirmiş və öz əlaqə vasitələrini göstərmiş istifadəçinin mobil telefonuna SMS gəlir. Məktubda istifadəçiyə əlavə pul ödəyərək əmtəəni və ya xidməti dəyişmək imkanı təklif edilir və sanki alqı-satqı elanının linki qoyulur. Diqqət cəlb etmək və qurbanı asanlıqla aldatmaq üçün dələduzlar istifadəçiyə adı ilə müraciət olunur.

Dələduzlar hesab edir ki, ünvanlı məktub alaraq istifadəçi təklif ilə maraqlanacaq və linkə daxil olacaq. Əgər istifadəçi bunu etsə populyar mobil operatorun saytına bənzər səhifə açılır və orada istifadəçiyə MMS formatında şəkili yükləmək təklif olunur. Lakin uğurlu yüklənmə haqda xəbərdarlıq məktubuna daxil olduğu zaman ekranda şəkil əvəzinə əlavənin quraşdırılması üçün sorğu yaranır. Bu hal istifadəçini şübhələndirməlidir və əgər o, sözügedən quraşdırılmasına razılıq verərsə sistemə troyan virusu yüklənəcək.

Virus özünü dərhal biruzə vermir və istifadəçi qəribə proqramın quraşdırıldığını unutduğu zaman qanuni bank əlavəsi sistemdə işə başlayır. Troyan virusu fişinq forması ilə şəxsi məlumatları toplamağa başlayır. Məsələn, bank kartı haqda məlumatı oğurlayır. Bu, gələcəkdə istifadəçinin pullarını oğurlamağa imkan yaradır.

“Potensial “alıcılardan” fişinq SMS-ləri o istifadəçilər tez-tez alır ki, kimin elanları olduqca uzun müddət ərzində saytda yer alır. Cinayətkarlar hesab edir ki, istifadəçilər öz mallarını satmaq və dəyişmək üçün heç bir imkanı əldən vermirlər. Dələduzlar – insan psixologiyasından çox yaxşı xəbərdardırlar və onların bütün hiylələri istifadəçilərin marağı və diqqətsizliyi üzərində qurulub. Bu səbəbdən tanımadığınız insanlardan hər hansı bir məktub aldığınız zaman ehtiyatlı davranın və qeyri-müəyyən proqram və faylların yüklənməsi və quraşdırılmasına yol verməyin”, - deyə Kaspersky Lab şirkətinin kontent üzrə analitiki Tatyana Sidorina xəbərdarlıq edir.

 Şirkət tanımadığı şəxslərdən gələn SMS-lərin linklərinə daxil olmuş istifadəçilərə təklif olunan faylları açmağa razı olmayaraq antivirus proqram təminatı ilə sistemi dərhal yoxlamağı və saytın həqiqi olduğuna əmin olmamış şəxsi məlumatları daxil etməməyi məsləhət görür.

Alqı-satqı elanlarının yerləşdirildiyi meydança istifadəçilərinə fişinq hücumları barədə ətraflı burada. 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Kaspersky Lab: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

Kaspersky Lab: Fərdi məlumatlara qarşı yeni hücumlar başlanıb

11-06-2019
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

Kaspersky Lab saxta hədiyyə kartlı fırıldaqçı sxem aşkar edib

25-07-2018
FinSpy messencerlərdəki yazışmaları oxuyur

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019
Yeni virus Skype istifadəçilərinin danışıqlarını yazır

Yeni virus Skype istifadəçilərinin danışıqlarını yazır

11-02-2016
Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

Bank kartlarının təhlükəsizliyini necə qoruya bilərik?

24-05-2016
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

Kaspersky Lab kiberfırıldaqçıların necə pul qazandıqlarını açıqlayıb

01-06-2018
Onlayn alış-verişdə insanları necə aldadırlar?

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022
Yeni virus maliyyə vəsaitləri üçün təhlükə törədir

Yeni virus maliyyə vəsaitləri üçün təhlükə törədir

04-07-2015
Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

Routerin sındırılması cinayətkarlara pul oğurlamağa imkan yaradır

24-05-2018
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

Cinayətkarlar spamları şirkətlərin saytları vasitəsilə yayır

15-08-2019
Kibercinayətkarlar Android cihazlarını Anubis bank troyanı ilə yoluxdururlar

Kibercinayətkarlar Android cihazlarını Anubis bank troyanı ilə yoluxdururlar

08-02-2020
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Fişinq, smişinq və vişinqi tanımağı öyrənək

Fişinq, smişinq və vişinqi tanımağı öyrənək

04-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə