Previous Next
Bağla

Dünyanın ən dəyərli startapları

26-11-2015 12:44
Dünyanın ən dəyərli startapları

"The Billion Dollar Startup Club"-da  dünyada dəyəri  10 milyarddan çox olan   11 startapın adı məlum olub.

Xeberler.az  Business Insider-ə istinadən dünyanın 11 ən dəyərli startapını təqdim edir.

 

WeWork

Dəyəri: 10 milyard USD

Direktor: Adam Neumann

Qurulduğu il: 2010

Fəaliyyət istiqaməti: fərdi şəxslərə və şirkətlərə icarəyə kovörkinq sahələri təklif edir.

İnvestisiya: 1 milyard USD

Tanınmış investorlar: Goldman Sachs, T. Rowe Price, Benchmark Capital, Fidelity Investments, JP Morgan.

Dropbox

Dəyər: 10 milyard USD

Direktor: Drew Houston

Qurulduğu il: 2007

Fəaliyyət istiqaməti: Dropbox istifadəçilərinə fayllarını internetdə saxlamaq və paylaşmaq imkanı verir.  Dünya üzrə 200 milyondan çox istifadəçisi var.

İnvestisiya: 1.1 milyard USD

Tanınmış investorlar: Accel Partners, Benchmark Capital, Greylock Ventures.

 

Pinterest

Dəyər: 11 milyard USD

Direktor: Ben Silbermann

Qurulduğu il: 2008

Fəaliyyət istiqaməti: Pinterest istifadəçilərinə “sancaqlamaq (pinning)” üsulu ilə şəkilləri onlayn yaddaşda saxlamağa və paylaşmağa icazə verir.

İnvestisiya: 1.32 milyard USD

Tanınmış investorlar: Andreessen Horowitz, Bessemer Venture Partners, Rakuten.

 SpaceX

Dəyər: 12 milyard USD

Direktor: Elon Musk

Qurulduğu il: 2002

Fəaliyyət istiqaməti: SpaceX kosmik araşdırmalar üçün transport vasitələrini dizayn edir, qurur və işə salır.

İnvestisiya: 1.2 milyard USD

Tanınmış investorlar: Founders Fund, Draper Fisher Jurvetson, Google

Flipkart

Dəyər: 15 milyard USD

Direktor: Sachin Bansal

Qurulduğu il: 2007

Fəaliyyət istiqaməti: Flipkart elekronik əşyalar, kitab və musiqi kimi sahələrdə ixtisaslaşmıs e-kommersiya saytıdır.

İnvestisiya: 3.15 milyard USD

Tanınmış investorlar: Digital Sky Technologies, T. Rowe Price, Morgan Stanley, Vulcan Capital, Tiger Global Management.

 Didi Kuaidi

Dəyər: 16 milyard USD

Direktor: Cheng Wei

Qurulduğu il: 2012     

Fəaliyyət istiqaməti: Didi Kuaidi Çinin iki böyük avtomobil sifariş şirkətləri olan Didi Dache və Kuaidi Dachenin birləşməsindən sonra yaranıb. Lyft və Uber kimi bu şirkət də istifadəçilərə telefon vasitəsilə taksi sifariş etmək imkanı verir.

İnvestisiya: 4.42 milyard USD

Tanınmış investorlar: Alibaba, Softbank Capital, Temasek Holdings, Coatue Management, Tencent.

Snapchat

Dəyər: 16 milyard USD

Direktor: Evan Spiegel

Qurulduğu il: 2012

Fəaliyyət istiqaməti: Snapchat fotoşəkilləri və videoları bəlli bir vaxt çərçivəsində paylaşmağa icazə verən proqramdır.

İnvestisiya: 648 milyon USD

Tanınmış investorlar: Yahoo, Kleiner Perkins, Benchmark Capital, Lightspeed Venture Partners, Coatue Management, SV Angel.

Palantir

Dəyər: 20 milyard USD

Direktor: Alexander Karp

Qurulduğu il: 2004

Fəaliyyət istiqaməti: Palantir məlumat analizləri üzrə ixtisaslaşmış şirkətdir. Ən böyük müştərilərindən ikisi Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) və Federal Tədqiqatlar Burosu (FBI)dur.

İnvestisiya: 1.67 milyard USD

Tanınmış investorlar: Founders Fund, Tiger Global Management, Glynn Capital Management, Jeremy Stoppelman.

Airbnb

Dəyər: 25.5 milyard USD

Direktor: Brian Chesky

Qurulduğu il: 2008

Fəaliyyət istiqaməti: Airbnb ev sahiblərinə evlərini müvəqqəti sakinlər üçün kirayə verməyi təklif edən platformadır. 190 ölkədə istifadə edilir.

İnvestisiya: 2.39 milyard USD

Tanınmış investorlar: Andreessen Horowitz, Founders Fund, Sequoia Capital, Greylock Partners.

Xiaomi

Dəyər: 46 milyard USD

Direktor: Jun Lei

Qurulduğu il: 2010

Fəaliyyət istiqaməti : Xiaomi Çinin ən böyük ağıllı telefon istehsal edən şirkətlərindən biridir. Şirkətin ağıllı telefonları ən yaxşı Android telefonlar arasındadır və Birləşmiş Ştatlarda Apple müştəriləri kimi çox sadiq müştəriləri var.

İnvestisiya: 1.4 milyard USD

Tanınmış investorlar: Digital Sky Technologies, Hopu Investment Management Company, DST Global, IDG Capital Partners, Qualcomm Ventures, Morningside Group.

 Uber

Dəyər: 51 milyard USD

Direktor: Travis Kalanick

Qurulduğu il: 2009

Fəaliyyət istiqaməti: Uber müştəriləri müqavilə ilə işləyən şəxsi avtomobil sürücüləri ilə birləşdirən taksi çağırma proqramıdır. Uber istər lüks, istər sadə növ avtomobillər təklif edir.

İnvestisiya: 8.21 milyard USD

Tanınmış investorlar: Benchmark Capital, Menlo Ventures, Google Ventures, KPCB.

Məltəm Talıbzadə 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Alibaba-dan 1,25 milyard dollarlıq növbəti investisiya

26-12-2015

İlk dövrdə 1 milyard dollardan yüksək investisiya alan layihələr

05-11-2015

Twitter-i geridə qoyan 13 xüsusi startap

10-02-2016

Uber 1 milyard dollarlıq investisiya almağa hazırlaşır

25-10-2015

ABŞ korporasiyası Uber-ə investisiya yatırıb

04-08-2015

Satışa çıxarılmış Azərbaycan adları

05-04-2013

Silikon Vadisinin ən yaxşı investisiya şirkətləri-Siyahı

21-07-2016

2015-də ən yüksək məbləğdə yatırım alan texnoloji şirkətlər

04-01-2016

Uber Çin bazarındakı fəaliyyətini dayandırır?

01-08-2016

SoftBank süni intellektlər üçün fond yaradıb

29-07-2019

Crusoe startapı 1,4 milyard dollar investisiya əldə edib

27-10-2025

Maskın başçılıq etdiyi konsorsium “Open AI” üzərində nəzarətə görə 97 milyard dollar təklif edib

11-02-2025

“X”in dəyəri 44 milyard dollaradək artıb

24-03-2025

Texnologiya dünyasının milyarder gəncləri-Siyahı

01-11-2017

"Meta" "Blue Owl Capital" ilə 27 milyard dollarlıq razılaşma bağlayıb

23-10-2025

2016-cı ilin ən yaxşı investorlarının adı açıqlandı

26-03-2016

Uber artıq səmada da fəaliyyət göstərəcək

14-05-2015

OpenAI 25 milyard dollar həcmində investisiya əldə edə bilər

31-01-2025

Startaplar üçün 70 milyon dollar investisiya ayrılıb

16-11-2015

“Ən yaxşı startapların çox pula ehtiyacı yoxdur”

16-04-2016

Uber 1,46 milyard dollar zərər edib

30-11-2017

Dünyanın ən bahalı şirkətləri- Reytinq

15-02-2018

Uber-in rəqibi Ola 500 milyon dollar investisiya aldı

18-11-2015

Google ilin üçüncü rübündə 2,2 milyard dollar qazanıb

19-10-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə