“SİMA İmza” ilə insan resursları üzrə əməliyyatlar rəqəmsallaşıb

07-03-2024 / 12:48

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA yeni nəsil rəqəmsal imza tərəfdaş çevrəsini genişləndirməyə davam edir. “SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Datalab” MMC şirkəti olub.

Artıq “Datalab” MMC tərəfindən yaradılmış insan resurslarının idarə edilməsi üzrə “DataHRM” proqram təminatında (www.datahrm.com) müxtəlif sənədlərin SİMA yeni nəsil rəqəmsal imza ilə imzalanması mümkündür. Şirkət proqram təminatında müraciətləri, əmrləri, qərarları və digər müxtəlif tipli sənədləri elektron imza vasitəsilə imzalamaqla əməliyyatların icrasını optimallaşdırıb. İmzalamanın kağız formadan rəqəmsal formaya keçidi prosesini təhlükəsiz və rahat formada təşkil etmək üçün şərait yaradıb.

Qeyd edək ki, “DataHRM” proqram təminatı hazırda 30-dan çox müəssisədə aktiv şəkildə istifadə edilir.

“SİMA İmza” ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, xidmət göstərənlərin iş yükü və xərcləri azalır. Azərbaycan vətəndaşları, fərdi sahibkarlar və Azərbaycanda qanuni əsaslarla yaşayan əcnəbilər olduğu yerdən elektron xidmətlərdən yararlanırlar.

Həmçinin “SİMA İmza”nın istənilən sistemə inteqrasiya oluna bilməsi istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı qazandırır. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran “SİMA İmza” ölkəmizdə biznes proseslərini sürətləndirəcək.

Mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” vətəndaşlar üçün tam pulsuzdur. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə