Previous Next
Bağla

Şirkətlərdə “Shadow AI” riski artır: Nəzarətsiz süni intellekt istifadəsi məlumat sızmasına səbəb ola bilər

10-07-2026 09:00
Şirkətlərdə “Shadow AI” riski artır: Nəzarətsiz süni intellekt istifadəsi məlumat sızmasına səbəb ola bilər

Kiberinsidentlərə Qarşı Mübarizə Mərkəzi (KQM) şirkət və dövlət qurumlarında süni intellekt (AI) alətlərinin istifadəsi ilə bağlı yeni kibertəhlükəsizlik riskləri barədə xəbərdarlıq edib.

Xeberler.az-ın məlumatına görə, mərkəzdən bildirilib ki, bir çox təşkilat təhlükəsizlik məqsədilə tanınmış AI platformalarına girişi məhdudlaşdırsa da, bu yanaşma problemin tam qarşısını almır və əksinə, nəzarətsiz süni intellekt istifadəsini artıra bilər.

Məlumata görə, rəsmi və təsdiqlənmiş AI alətlərinə giriş məhdudlaşdırıldıqda əməkdaşlar iş proseslərini sürətləndirmək məqsədilə internetdə açıq şəkildə təqdim olunan müxtəlif süni intellekt platformalarından istifadə edirlər. Bu zaman daxili sənədlər, müştəri məlumatları, hesabatlar, müqavilələr və digər həssas fayllar təşkilatın xəbəri və nəzarəti olmadan üçüncü tərəf servislərə yüklənə bilər.

KQM qeyd edir ki, məxfi və həssas məlumatların yalnız naməlum platformalara deyil, ümumilikdə heç bir süni intellekt alətinə icazəsiz və nəzarətsiz şəkildə daxil edilməsi təhlükəsizlik baxımından ciddi risk hesab olunur.

Mərkəzin məlumatına əsasən, kibertəhlükəsizlik sahəsində bu cür nəzarətsiz istifadə “Shadow AI” adlanır. Bu anlayış təşkilat tərəfindən təsdiqlənməyən, təhlükəsizlik tələblərinə uyğunluğu yoxlanılmayan və monitorinqdən kənarda qalan süni intellekt alətlərinin istifadəsini ifadə edir.

Bildirilib ki, əsas təhlükə AI texnologiyasının özündə deyil, onun görünməz və idarəolunmaz formada istifadəsindədir. Belə hallarda məlumatların hansı platformalara ötürüldüyü müəyyən edilmir, audit izi formalaşmır, DLP və digər təhlükəsizlik mexanizmləri effektiv işləyə bilmir. Nəticədə məlumat sızması və fərdi məlumatların ifşası riski artır.

Kiberinsidentlərə Qarşı Mübarizə Mərkəzi vurğulayır ki, AI alətlərinin tam bloklanması hər zaman təhlükəsiz həll hesab olunmur. Çünki bu, istifadəni dayandırmaq əvəzinə onu daha gizli və nəzarətsiz mühitə keçirə bilər. Əməkdaşlar əksər hallarda bu alətlərdən zərərli məqsədlə deyil, işlərini daha sürətli və rahat yerinə yetirmək üçün istifadə edirlər.

Mərkəz şirkət və qurumlara tövsiyə edir ki, süni intellektdən istifadə ilə bağlı daxili qaydalar müəyyən etsinlər, əməkdaşlara təhlükəsiz və təsdiqlənmiş AI həlləri təqdim etsinlər. Həmçinin AI alətlərinə daxil edilməsi qadağan olunan məxfi və həssas məlumatlar aydın şəkildə müəyyənləşdirilməli, əməkdaşlar bu sahədə mütəmadi olaraq maarifləndirilməlidirlər.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şirkətlərdə “Shadow AI” riski artır

Şirkətlərdə “Shadow AI” riski artır

10-07-2026
AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

AMB: Süni intellekt fərdi məlumatlar üçün risk yarada bilər

03-06-2026
BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib

BMT süni intellektin fəlakətli nəticələri barədə xəbərdarlıq edib

02-07-2026
“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

“Azercell”: Süni intellekt kibertəhlükəsizlikdə zərurətə çevrilib

04-06-2026
Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

Hakerlər artıq süni intellekti süni intellektə qarşı istifadə edir

05-04-2025
"Anthropic" ən son süni intellekt modellərini deaktiv edib

"Anthropic" ən son süni intellekt modellərini deaktiv edib

13-06-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
ABŞ süni intellektə nəzarəti gücləndirir

ABŞ süni intellektə nəzarəti gücləndirir

21-05-2026
DİN süni intellektlə bağlı xəbərdarlıq edir

DİN süni intellektlə bağlı xəbərdarlıq edir

28-01-2025
BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

BDU Pakistanın Süni İntellekt və Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlığa başlayır

28-11-2025
Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

Biləsuvarda “Rəqəmsal savadlılıq və kibermaarifləndirmə” təlimləri keçirilib

25-02-2026
Meta-nın Sİ dəstək botunda boşluq aşkar edilib

Meta-nın Sİ dəstək botunda boşluq aşkar edilib

10-06-2026
Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

07-04-2015
HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

13-03-2026
XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

XRİTDT: Kibertəhlükəsizlik sahəsində təhdidlər daha da mürəkkəbləşib

21-02-2025
Milli sandbox sistemi hazırlanır

Milli sandbox sistemi hazırlanır

04-05-2024
"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

"Kibertəhlükəsizlik sahəsində süni intellekt" adlı seminar keçirilib

26-11-2025
Süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq edilib

Süni intellektdən istifadənin riskləri barədə xəbərdarlıq edilib

18-01-2024
BƏT süni intellektin əmək şəraiti və məşğulluğu barədə hesabat hazırlayıb

BƏT süni intellektin əmək şəraiti və məşğulluğu barədə hesabat hazırlayıb

24-04-2025
ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

ETX əməkdaşı beynəlxalq seminarda iştirak edib

01-12-2025
IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018
ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

ETX fərdi məlumatların mühafizəsi sahəsində layihəyə start verib

26-05-2026
ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

ETX əməkdaşı "MİSP" platformasında təhlükəsizlik boşluğu aşkarlayıb

21-05-2026
“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə