Smartfonları enerji ilə dolduran pul kisəsi

08-06-2017 / 17:14

Cari ilin iyul ayında qeyri-adi simsiz enerji ilə doldurma qurğusu satışa çıxarılacaq. 

Xeberler.az ict.az-a istinadən məlumat verir ki, CHAARGO adlı qurğu 4000 mAh batareya tutumuna malik pul kisəsidir. Artıq qadceti enerji ilə doldurmaq üçün əlavə qurğu daşımaq lazım deyil, onu pul kisəsinin üzərinə qoymaq kifayətdir.

CHAARGO dəri və allüminium kombinasiyasından hazırlanıb və Qi 1.2sürətli simsiz enerji doldurma standartından istifadə edir. Qurğunun özü 2,1 A adapteri və USB-C kabelinin köməyilə 4 saat ərzində enerji toplayır.

Ölçüləri 115x95x15 mm, çəkisi isə 205 q olan pul kisəsinin daxilində əskinazlar üçün bölmə, qəpiklər üçün cib, kartlar üçün isə 3 böyük bölmə var.

Simsiz enerji doldurmanı Samsung Galaxy S7, S7 Edge, Note 5, S6, S6 Edge, Microsoft Lumia 1520, 1020,930, “Google Nexus” 4,5,6,7, BlackBerry Priv kimi telefon modelləri dəstəkləyir.

İstehsalçılar digər telefon sahiblərinə simsiz enerji doldurma üçün CHAARGO ilə birlikdə ödənişsiz adapter təqdim edirlər. Qeyri-adi pul kisəsinin pərakəndə qiyməti 75 funt-sterlinq təşkil edəcək.

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə