Previous Next
Bağla

Yeni stol eyni zamanda bir neçə qadceti enerji ilə dolduracaq

28-06-2019 11:13
Yeni stol eyni zamanda bir neçə qadceti enerji ilə dolduracaq

Xeberler.az məlumat verir ki, İspaniyanın “Proton New Energy Future” startapı masa formasında hazırlanmış “Ebörd” qurğusunu təqdim edib. Onun səthinə bir neçə qadcetin eyni zamanda enerji ilə doldurulması üçün nəzərdə tutulmuş simsiz yükləmə qurğusu quraşdırılıb. “Ebörd” şəbəkəyə qoşulmasa da, Günəş enerjisi və hətta otaq işıqlandırılmasından “qidalana” bilir.

“Ebörd” zahirən “Ikea” stilində müasir mebel kimi görünür. Lakin onun tünd rəngli şüşə səthinin altında müasir texnologiyalar gizlədilib. Adətən, inteqrasiya edilmiş simsiz yükləmə səthləri olan qarniturun predmetləri bilavasitə enerji yükləmə nöqtələrində olan bir və ya iki yükləmə yuvasına malikdir. “Ebörd” qurğusunda 50-dən çox belə yuva var ki, bu da istənilən yerdə eyni zamanda 4 qurğunu enerji ilə doldurmağa imkan verir.

“Ebörd” üçün “Qi” eneji ilə doldurulma platforması nəzərdə tutulub. Qurğudan son nəsil “iPhone” və “Samsung Galaxies”, “Google Pixel 3”, “Google Pixel 3 XL”, həmçinin “Sony”, “Nokia”, “LG” şirkətlərinin flaqman telefonları, “ağıllı” saatlar, planşetlər, qulaqlıqlar və digər qadcetlərin sahibləri istifadə edə bilərlər.

Masanın səthi günəş enerjisini toplaya və batareyada saxlaya bilən nazik pərdəli fotoelektrik panellə örtülüb. “Proton New Energy Future” mütəxəssisləri aşağı işıqlanma dərəcəsi şəraitində günəş modullarının məhsuldarlığını 60 faiz yüksəldən dəniz bakteriyalarının zülalı əsasında xüsusi membran hazırlayıblar.

“Ebörd”dən adi masa kimi də istifadə etmək olar. O, kifayət qədər möhkəm və sukeçirməzdir. “Indiegogo” platformasında “Ebörd” baza modelini 450 dollara, premium versiyasını isə 570 dollara sifariş etmək mümkündür. Qurğunun cari ilin noyabr ayında satışa çıxarılması nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Telefonlar ocaqdan enerji toplayacaq

Telefonlar ocaqdan enerji toplayacaq

27-06-2011
Qurğuları enerji ilə dolduran çanta

Qurğuları enerji ilə dolduran çanta

06-05-2016
Smartfonları enerji ilə dolduran pul kisəsi

Smartfonları enerji ilə dolduran pul kisəsi

08-06-2017
Unikal enerjidoldurma qurğusu

Unikal enerjidoldurma qurğusu

14-11-2017
Google Android-in yeni versiyasını təqdim etdi

Google Android-in yeni versiyasını təqdim etdi

22-08-2017
Günəş enerjisi ilə işləyən qulaqcıq-Video

Günəş enerjisi ilə işləyən qulaqcıq-Video

26-01-2017
Günəş batareyası ilə işləyən ilk saat

Günəş batareyası ilə işləyən ilk saat

03-10-2017
40 dilə tərcümə edən qulaqlıqlar

40 dilə tərcümə edən qulaqlıqlar

06-10-2017
Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq

Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq

05-10-2018
Qadjetləri enerji ilə təmin edən çanta hazırlanıb

Qadjetləri enerji ilə təmin edən çanta hazırlanıb

09-08-2016
Google yeni məhsullarını təqdim edib

Google yeni məhsullarını təqdim edib

05-10-2017
Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

Naxçıvanda 400 MVt gücündə günəş elektrik stansiyası tikiləcək

05-06-2023
“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”

“Nar” alternativ enerji mənbəyi ilə çalışan yeni baza stansiyası istifadəyə verib”

09-06-2020
“Google” 5G ilə işləyən smartfonunu təqdim edib

“Google” 5G ilə işləyən smartfonunu təqdim edib

01-10-2020
İnsan bədəninin istiliyindən enerji alan saatlar-Video

İnsan bədəninin istiliyindən enerji alan saatlar-Video

15-11-2016
Google-un yeni smartfonlarının özəllikləri və qiyməti

Google-un yeni smartfonlarının özəllikləri və qiyməti

05-10-2016
“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

“Aztelekom” Günəş enerjisi ilə işləyən stansiyalarını istismara verib

12-03-2026
Mərakeş Afrikada böyük günəş elektrostansiyası tikir

Mərakeş Afrikada böyük günəş elektrostansiyası tikir

29-10-2015
Yemək hazırlamağı öyrədən “ağıllı” masa yaradılıb

Yemək hazırlamağı öyrədən “ağıllı” masa yaradılıb

02-12-2015
Türkiyəli tələbələr maraqlı  startap layihəsi hazırlayıb

Türkiyəli tələbələr maraqlı startap layihəsi hazırlayıb

02-06-2015
Google Meet-ə rəqib platforma təqdim edilib

Google Meet-ə rəqib platforma təqdim edilib

01-04-2026
Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022
Prezident Davosda "Fortescue Future Industries" şirkətinin sədri ilə görüşüb

Prezident Davosda "Fortescue Future Industries" şirkətinin sədri ilə görüşüb

18-01-2023
Azərbaycan alimlərindən ŞOK ixtira!!!

Azərbaycan alimlərindən ŞOK ixtira!!!

18-02-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə