“SOCAR Fiber” və “TurkNet” əməkdaşlıq sazişi imzalayıb

03-07-2025 / 13:03

“SOCAR Turkiye Enerji”nin törəmə müəsisəsi olan “SOCAR Fiber” və “TurkNet” şirkəti Türkiyənin internet infrastrukturunu gücləndirmək məqsədilə strateji əməkdaşlıq sazişi imzalayıblar.

Xeberler.az  bu barədə “SOCAR Turkiye Enerji”nin sosial şəbəkələrdəki məlumatına istinadən məlumat verir.

"Layihə çərçivəsində Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) qaz kəməri boyunca uzanan 1 850 km uzunluğundakı “SOCAR Fiber”in fiber-optik rabitə xətti “TurkNet”in magistral şəbəkəsinə inteqrasiya ediləcək", - məlumatda bildirilib.

Qeyd olunub ki, əməkdaşlıq çərçivəsində Gürcüstandan Yunanıstana qədər uzanan bu fiber-optik rabitə xətti indi Bursa, Eskişehir, Ankara, Sivas, Ərzurum və Qars şəhərləri yaxınlığından da keçəcək və bu yaşayış məntəqələrindəki istifadəçilərə yüksək sürətli və sabit internet bağlantısı təmin edəcək.

“SOCAR Fiber” 2013-cü ildə IP trafikinə və yüksək sürətli internet bağlantısına artan tələbatı qarşılamaq üçün təsis edilib. Şirkət 20 şəhər və 67 rayonda xidmət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə