Previous Next
Bağla

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

28-04-2025 16:27
Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinqi müzakirə olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında “Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin dərin təlim əsasında monitorinqi üçün metodun işlənilməsi” mövzusunda müzakirələr aparılıb.

Xeberler.az bildirir ki, bu barədə institutdan məlumat verilib.

İnstitutun baş elmi işçisi dosent Ramiz Şıxəliyev AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyevlə həmmüəllif olduqları tədqiqat işinin nəticələrini təqdim edib.

Müasir kompüter şəbəkələrinin çox böyük həcmdə məlumatlar generasiya etdiyini söyləyən tədqiqatçı ənənəvi monitorinq metodlarının böyük həcmdə məlumatları analiz etməkdə müəyyən məhdudiyyətlərə malik olduğunu deyib.

R.Şıxəliyev kibertəhlükəsizliyin monitorinqi üçün dərin təlim (DT) əsasında metod təklif edildiyini, şəbəkə trafikinin təsnifatı üçün MnasNet-LSTM hibrid modeldən istifadə olunduğunu bildirib. Qeyd edib ki, MnasNet-LSTM-i hibrid modeli həm məkan, həm də zaman əlamətlərinin çıxarılmasına imkan verir.

Kibertəhlükəsizliyin monitorinqi problemlərindən söz açan məruzəçi buraya böyük həcmli məlumatların real zamanda analizi və yeni və mürəkkəb təhlükələrin aşkarlanmasının aid olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitirinqi zamanı dərin təlimin istifadəsi böyük verilənlərin analizi üçün effektiv olmaqla yanaşı, zamana görə gizli əlamətləri də aşkarlaya bilir. Həmçinin müxtəlif xüsusiyyətlərə görə verilənləri analiz etməyə imkan yaradır.

Sonra məruzəçi kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin dərin təlim modeli əsasında monitorinqi üçün təklif edilən metod haqqında məlumat verib. Bildirib ki, yeni metodun komponentlərinə verilənlərin toplanması, ilkin emalı, dərin təlim modelinin təlimi və çıxış komponenti aiddir.

R.Şıxəliyev MnasNet-LSTM modeli haqqında ətraflı məlumat verib, onun arxitekturasını təqdim edib. Həmçinin eksperimentin parametrləri və nəticələrini diqqətə çatdırıb.

Tədqiqatın nəticələrindən bəhs edən baş elmi işçi MnasNet-LSTM hibrid modelinin kibertəhlükəsizlikdə çoxsinifli təsnifat üçün daha effektiv olduğunu qeyd edib: “Bu, xüsusilə mürəkkəb şəbəkə trafikinin bir model əsasında təsnifatının məhdudiyyətlərini aradan qaldırmağa imkan verir. MnasNet-LSTM şəbəkə trafikinin təsnifatında yüksək dəqiqlik göstərmişdir və kibertəhlükəsizliyin monitorinqi üçün daha effektiv model hesab edilir”.

Məruzə ilə bağlı geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Sonda akademik Rasim Əliquliyev çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələrə münasibətini bildirib. Alim kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin təmin olunması istiqamətində aparılan tədqiqatları yüksək qiymətləndirib. Eyni zamanda, dərin təlim texnologiyaları ilə bağlı araşdırmaların aparılmasını tövsiyə edib, irad və təkliflər nəzərə alınmaqla tədqiqat işinin dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kompüter şəbəkələrinin kibertəhlükəsizliyinin monitorinq nəticəsi beynəlxalq konfransda müzakirə olunub

08-10-2024

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri tədqiq olunub

21-01-2026

Bulud sistemləri ilə bağlı aparılan tədqiqatların nəticələri müzakirə olunub

22-10-2024

Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması mövzusunda seminar keçirilib

12-05-2025

İnformasiya təhlükəsizliyinin müxtəlif problemləri araşdırılır

14-01-2016

Kibertəhlükəsizliyin təmin edilməsi üçün alqoritmlər işlənilib

08-01-2025

İnformasiya təhlükəsizliyinin idarə edilməsi üçün metodlar işlənilir

24-11-2015

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş elmi seminar keçirilib

30-11-2024

Zərərli proqram təminatının aşkarlanması üçün konseptual model işlənilib

12-06-2025

Süni immun sistemlərinin kibertəhlükəsizlikdə tətbiqi araşdırılır

08-04-2026

Elektron dövlət mühitində paylanmış smart OLAP sisteminin modeli işlənilir

16-11-2024

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

Zərərli proqram təminatının aşkarlanması tədqiqatının nəticələri açıqlanıb

21-10-2025

İnformasiya Texnologiyaları İnstitutunda müzakirələr aparılıb

10-06-2025

İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib

07-02-2025

Rəqəmsal dövlətin formalaşması və intellektuallaşdırılması problemləri araşdırılır

10-03-2025

Kibersuveren dövlətin formalaşdırılması üzrə konseptual yanaşmalar işlənilir

03-07-2025

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026

Kredit kartı fırıldaqçılığının aşkarlanmasında təlimsiz öyrənmə modelləri

12-11-2025

Kompüter xidmətlərinin keyfiyyəti artırılır

15-02-2016

İlk internet, ilk sayt və 55 illik tarix - İnformasiya Texnologiyaları İnstitutu

19-05-2026

Korporativ kompüter xidmətlərinin keyfiyyəti yüksəldilir

03-02-2017

Proqram sistemlərinin keyfiyyət göstəriciləri tədqiq ediləcək

18-02-2025

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə