Yaponiyanın Sony şirkəti foto və video çəkilişləri üçün saniyədə 1000 kadr sürətində ucuz texnologiya hazırlayır.
Xeberler.az RYTN-in rəsmi saytına istinadən məlumat verir ki, tədqiqatlar Nissan Motor Co. şirkəti və Tokio Universiteti ilə birlikdə aparılır.
Texnologiyanın yaradılması hazırda əsasən smartfon kameralarında və rəqəmli fotoaparatlarda istifadə edilən mikroçipləri yeni sahələrdə tətbiq etməyə imkan verəcək. Məsələn, onların köməyi ilə sürücüsüz avtomobillər üçün qəza xəbərdarlığı sistemini yaratmaq və ya məhsulun robotlarla yığılmasını sürətləndirmək mümkün olacaq.
Müasir matrisalar artıq saniyədə 1000 kadrdan çox tezlikdə şəkillər çəkə bilir, lakin qiymətin baha olması və nisbətən böyük ölçü onlardan kütləvi tələbat mallarında istifadəyə imkan vermir. Belə kameralara malik kameraların qiyməti 1000 dollardan başlayır və 100 min dollaradək arta bilər.
Texnologiyanın hazırlanması Sony prezidenti Kadzuo Hirainin şirkətin biznesinin diversifikasiyası çərçivəsində aparılır.
İlin əvvəlində şirkətin kapitallaşma dəyəri 20 faiz artıb və 3,81 trilyon yen (3,81 milyard dollar) qiymətləndirilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri