AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya (ETP) uçan aparatların (pilotsuz) istehsalı işini təkmilləşdirib.
AMEA-dan Xeberler.az-a verilən məlumata görə, ilk modeller və uçuş aparatları artıq hazırdır. Dronların istehsalı ilə məşğul olan şirkətin 5 növdə uçuş aparatı mövcuddur.
Multirotor tipli pilotsuz uçan aparatların idarəedilməsi və müxtəlif tapşırıqların, funksiyaların yerinə yetirilməsi məqsədilə AMEA Yüksək Texnologiyalar Pa
Texnoparkın direktoru Vüqar Babayev bildirib ki, ETP-nin istehsal etdiyi dronların sənayedə, xidmətsahələrində tətbiqi üçün şəraitin yaradılması, fəaliyyətin təşkili və inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərə ilk növbədə AMEA institutlarının əməkdaşları qatılıblar.
ETP-nin istehsal etdiyi dronlar akademiyanın institutları tərəfindən elmi-tədqiqat işlərinin aparılması məqsədilə istifadə ediləcək.
Təlimlərdən sonra iştirakçılar pilotsuz uçan aparatların sərbəst idarəedilməsi qabiliyyətini mənimsəyəcəklər. Elm və Texnologiya Parkının mütəxəssisləri tərəfindən keçirilən təlim zamanı iştirakçılara dronlar haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, dronlar yüksəklikdən video-foto çəkilişlərin edilməsi (aerofoto), kənd təsərrüfatında ərazinin spektral analizinin aparılması, ərazinin dərmanlanması, xəritəçəkmə (3D xəritələrin yaradılması), yükdaşıma (analiz üçün elmi tədqiqat avadanlıqları) və müşahidə - (Zoologiya institutunda heyvanların uzaqdan müşahidə edilməsi) və bir çox məqsədlərlə istifadə oluna bilər.
AMEA Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Neft ve Qaz İnstitutu, Zoologiya İnstitutu, Geologiya ve Geofizika İnstitutu, Botanika İnstitutunun əməkdaşlarının iştirak etdiyi təlimlər davam edəcək.
Növbəti mərhələlərdə təlimlərdə daha çox nümayəndənin iştirakı gözlənilir. Gələcəkdə uçuş aparatlarının təkmilləşdirilərək çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri