Facebook-un keçmiş əməkdaşlarından Chamath Palihapitiya sosial şəbəkə barədə maraqlı çıxış edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, o, sosial şəbəkənin inkişafına kömək etdiyinə görə özünü günahkar hesab edir.
2007-ci ildən şirkətin istifadəçi bazalarının artım məsələləri üzrə vitse-prezidenti vəzifəsini icra edən Palihapitiya sosial şəbəkələrin zərərindən – onların bütün dünyada vətəndaş cəmiyyətini formalaşdırmağından danışıb.
O, Stanford Universitetinin auditoriyasında mühazirə oxuyarkən bu fikri səsləndirib:
“Mən düşünürəm ki, biz sosial mühiti dağıdan və cəmiyyətin qarşılıqlı təsir prinsiplərini pozan alətlər yaratmışıq”.
Tənqidçinin çıxışı təkcə Facebook-a deyil, daha geniş onlayn-ekosistemə yönəlib:
“Bizim yaratdığımız, həzz hormonuna (dofamin) bağlı, qısamüddətli əks əlaqə dövrü cəmiyyətin əsas funksiyalarını dağıdır. Vətəndaş diskursiyası yoxdur, qarşılıqlı təsir yoxdur, dezinformasiya və yalan məlumatlar yayılır. Və bu yalnız Amerika deyil, ümumdünya problemdir”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri