“Startap və İnnovasiya” mövzusunda təlim keçirilib

16-12-2025 / 21:25

Azərbaycan Texniki Universitetinin (AzTU) İnkubasiya Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əməkdaşlarının iştirakı ilə tələbələr üçün “Startap və İnnovasiya” mövzusunda təlim təşkil edilib.

Xeberler.az bildirir ki, təlimdə İRİA-nın layihə menecerləri — Nigar Davud, Xumar Cəmilli və Aydın Səmədov iştirak edərək öz bilik və təcrübələrini tələbələrlə bölüşüblər.

Sessiya çərçivəsində iştirakçılara startap ekosistemi və innovasiya sahəsi üzrə əsas anlayışlar təqdim olunub. Təlim zamanı aşağıdakı mövzular ətrafında geniş müzakirələr aparılıb:

  • Startap anlayışı və onun mahiyyəti

  • İnnovasiya nədir və innovativ yanaşmanın əhəmiyyəti

  • Startapın adi biznes və ideyadan fərqləri

  • Prototip və MVP anlayışları

  • İnnovasiya və dəstək proqramları

  • Tələbə olaraq innovasiyaya başlama yolları

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb, iştirakçıların mövzu ilə bağlı fikirləri dinlənilib və interaktiv müzakirələr aparılıb.

Təlim tələbələrin kreativ düşünmə bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyaların formalaşdırılmasına dəstək verilməsi və startap mədəniyyəti ilə yaxından tanış olmaları məqsədi daşıyıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə