Previous Next
Bağla

Startup.nakhchivan.az portalının təqdimatı keçirilib

31-10-2019 11:20
Startup.nakhchivan.az portalının təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hazırlanan “startup.nakhchivan.az” internet portalının təqdimatı olub.

Xeberler.az AZƏRTAC-a bildirir ki, “Naxçıvan” Universitetində keçirilən tədbirdə əvvəlcə Naxçıvan televiziyasının hazırladığı “Startap layihələri və innovativ inkişaf” filmi nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid tədbirdəki çıxışında muxtar respublikada elm və təhsilin yeni standartlar çərçivəsində innovativ inkişafına yaradılan şəraitdən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ümumilikdə təhsil sahəsində yeni islahatların tətbiqinin əsasını qoyub. Bu sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənib, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edib, gənclər tərəfindən irəli sürüləcək yeni startaplar üçün münbit zəmin hazırlayıb.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə muxtar respublikanın təhsil tarixində yeni bir dövrün başlanğıcı qoyulub. Həmin sərəncamla ümumilikdə 109 ixtisas və 1 lisey 36 təşkilata hamiliyə verilib. Sərəncamda “İdeyadan başlanğıca” devizi ilə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulub”, – deyə S.Seyid vurğulayıb.

Qeyd edib ki, bu tarixi qərar kadr potensialının inkişafı ilə yanaşı, gənclərin istedadlarının üzə çıxarılması, ideyaların reallaşması və startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.

Diqqətə çatdırılıb ki, “Startap Naxçıvan” hərəkatı muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasına, onların nailiyyətlərinin yeni sistemin tələblərinə uyğun qiymətləndirilməsinə, yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək məqsədi daşıyır. İnnovativ təhsil mühiti müəllimlərə də öz üzərində işləməklə peşəkarlıqlarını artırmağa və sağlam rəqabət mühitinin formalaşmasına şərait yaradır.

Bildirilib ki, ötən dövr ərzində ali və orta ixtisas təhsili müəssisələrində layihələrin hazırlanmasına dəstək verən innovasiya laboratoriyaları yaradılıb, hami təşkilatlarla birgə maarifləndirici təbirlər həyata keçirilib, ekspert qrupları formalaşdırılıb, onların elektron məlumat bazası yaradılıb. Bununla yanaşı, startapla bağlı maarifləndirici bukletlər, tədris vəsaiti hazırlanıb. Startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalı da yaradılıb.

Vurğulanıb ki, “Startap Naxçıvan” hərəkatı gələcəyə hesablanmış dövlət proqramı olmaqla, kadr hazırlığı sistemində akademik hazırlığın təcrübə ilə əlaqəsinin vəhdətinə və kadrların gələcək karyera imkanlarına ən etibarlı təminatdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri əminliyini bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası və “startup.nakhchivan.az” portalının istifadəyə verilməsi muxtar respublikada innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsində, gənclərin startap layihələrinin dəstəklənməsində və yeni biznes sahələrinin formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin hələ 2014-cü il 20 iyun tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam ilə muxtar respublikada elektron təhsil infrastrukturunun inkişafı və təhsildə müasir texnologiyaların tətbiqi yeni müstəviyə keçirilib. Muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələri təmin edən müasir elektron təhsil sistemi istifadəyə verilib. Hazırda muxtar respublika üzrə 236 elm və təhsil müəssisəsi, 17 muzey “İnteraktiv təhsil sistemi”nə qoşulub, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində distant təhsil sistemi qurulub.

Diqqətə çatdırılıb ki, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin bütün korpuslarına və tələbə yataqxanalarına optik kabel xətləri çəkilib, daxili kompüter şəbəkələri qurulub. Hazırda Naxçıvan Dövlət Universitetində Distant Təhsil Mərkəzi fəaliyyət göstərir. Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Texniki və Tibb kolleclərində də müvafiq infrastrukturlar yaradılıb.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamı artıq başlanmış işlərin konkret nəticələrə çevrilməsinə əhəmiyyətli töhfə olub. Sərəncamın icrası ilə əlaqədar nazirlikdə işçi qrupu yaradılıb, Ali Məclis Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi ilə birlikdə hami təşkilatların təklifləri də nəzərə alınmaqla portalın funksional iş prinsipləri müəyyən edilib”, – deyə R.Məmmədov bildirib.

Vurğulayıb ki, tərtib olunmuş alqoritmlər əsasında nazirliyin işçi qrupu tərəfindən proqram təminatı hazırlanıb. Portal ümumilikdə 20 moduldan və 9 verilənlər bazasından ibarətdir. Burada həm startapçılar, həm hami təşkilatlar, həm də investorlar üçün müvafiq imkanlar yaradılıb, bütün iş prosesinə mərkəzi nəzarət və idarəetmə mexanizmi qurulub. Həmçinin portalda rəsmi sənədlər, startap haqqında məlumatlar, startapçı olmaq üçün tələblər, layihələrin təqdimedilmə qaydaları və digər məlumat bölmələri nəzərdə tutulub.

Qeyd olunub ki, burada qeydiyyatdan keçərək portalın aktiv istifadəçisi kimi forumların iştirakçısı olmaq, yeni layihəni təqdim etmək, məsləhət almaq, hami təşkilatların internet resurslarına keçid edib onlarla birbaşa interaktiv əlaqə yaratmaq, investor olmaq, hər hansı işin ən innovativ həlli və digər məsələlərlə bağlı imkanlar yaradılıb. Portalın arxivinin və bazalarının getdikcə genişlənəcəyi nəzərə alınaraq bu məqsədlə server alınıb, portala “startup.nakhchivan.az” domen adı verilib.

R.Məmmədov çıxışının sonunda muxtar respublikada tələbələrin innovativ təşəbbüslərinin formalaşmasına göstərdiyi dəstəyə və yaradılan hərtərəfli şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Sonra Rabitə və Yeni Texnologiyalar Nazirliyinin şöbə müdiri, işçi qrupunun üzvü Hüseyn Əsgərli internet portalının texniki imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbir diskussiya şəraitində davam etdirilib, suallar cavablandırılıb və təkliflər səsləndirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti yaradıldı

01-08-2018
Naxçıvan Universitetində Huawei-nin mütəxəssisi seminar-treninq keçirib

Naxçıvan Universitetində Huawei-nin mütəxəssisi seminar-treninq keçirib

13-12-2019
Azərbaycanda yeni nazir müavini təyin edilbib

Azərbaycanda yeni nazir müavini təyin edilbib

29-03-2020
Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

Naxçıvanda bir sıra qurumlar Data, İnternet və “Voice” şəbəkələrinə qoşulub

06-02-2023
Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

Naxçıvanın rabitə və yeni texnologiyalar naziri işdən çıxarılıb, nazir əvəzi təyin olunub

08-09-2023
Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

Naxçıvanın rabitə və yeni texnologiyalar nazirinin müavini vəzifəsindən azad edilib

12-03-2020
Nazir vəzifəsindən azad edildi

Nazir vəzifəsindən azad edildi

05-03-2020
Naxçıvanda məktəblər yeni kompüterlərlə təmin olunub

Naxçıvanda məktəblər yeni kompüterlərlə təmin olunub

07-09-2015
Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

Muxtar respublikada müasir təhsil infrastrukturu yaradılır

07-07-2015
E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

E-xidmətlərdən istifadə ilə bağlı maarifləndirici tədbirlər davam edir

25-04-2016
Huawei  Naxçıvanda  İKT ilə bağlı layihə həyata keçirib

Huawei Naxçıvanda İKT ilə bağlı layihə həyata keçirib

23-05-2016
Naxçıvanın ucqar kənd məktəblərinə İT avadanlıqlar verilib

Naxçıvanın ucqar kənd məktəblərinə İT avadanlıqlar verilib

08-10-2016
Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

Naxçıvanın dövlət orqanları GOV.AZ domen zonasına köçürülür

29-12-2022
Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

Naxçıvanda 1297 yeni telefon nömrəsi istismara verilib

08-08-2017
Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

Nazir Rəşad Nəbiyev Naxçıvan Muxtar Respublikasına səfər edib

22-07-2022
Naxçıvanda Data Mərkəzi inşa ediləcək

Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24-10-2023
Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

Naxçıvanda fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndiriləcək

05-06-2023
Naxçıvanda İKT-nin tətbiqi genişləndirilir

Naxçıvanda İKT-nin tətbiqi genişləndirilir

14-09-2015
Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

Elektron məlumat bankının proqram təminatı təkmilləşdirilir

01-08-2019
Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

Naxçıvanda daha iki dövlət qurumunun saytları “gov.az” zonasına köçürülüb

27-01-2023
Naxçıvanda 28 fərdi mənzilə optik kabel xətti çəkilib

Naxçıvanda 28 fərdi mənzilə optik kabel xətti çəkilib

30-07-2015
Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

Dövlət orqanlarının lisenziya vermək səlahiyyəti saxlanılıb

15-01-2016
Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

Naxçıvan Nazirlər Kabinetinin saytı "GOV.AZ" zonasına köçürülüb

13-01-2023
Naxçıvanda 4G şəbəkəsi qurulub

Naxçıvanda 4G şəbəkəsi qurulub

13-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə