Stiv Cobs “İlin adamı” adına layiq görülüb

27-12-2010 / 06:15

Böyük Britaniyanın The Financial Times qəzeti Stiv Cobsu “İlin adamı” adına layiq görüb.

Qəzet, Apple şirkətinin rəhbərini yüksək texnologiyalar sferasının ilk rok-ulduzu hesab edir. The Financial Times qəzetinin nümayəndələrinin fikrincə, son zamanlar xeyriyyəçilik ilə məşğul olan Microsoft şirkətinin təsisçisi Bill Qeytsdən fərqli olaraq, Cobs artiq 30 ildir ki, İT sferasının titanlarından biri olaraq qalır. Onun təqdim etdityi məhsullar isə Microsoft şirkətinin bu sferadakı hegemonluğuna son qoyub.

Qəzet həmçinin qeyd edir ki, Stiv Cobs populyarlıq qazananda dünyanın ən iri sosal şəbəkəsinin təsisçisi və ən gəng milyarderi hesab olunan Mark Zukerberqdən cavan olub. Xatıqladar ki, The Financial Times qəzeti 2008-ci ildə Barak Obamanı, 2009-cu ildə isə Goldman Sachs investbankının baş direktoru L.Blankfeyni \"İlin adamı\" adına layiq görüb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə