Previous Next
Bağla

KOBİA I yarımildə hansı işləri görüb?-Hesabat

14-07-2023 22:31
KOBİA I yarımildə hansı işləri görüb?-Hesabat

Bu ilin I yarısında Iqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 308 təlim keçirib.

 Xeberler.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, Agentliyin ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinin təşkil etdiyi təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, “yaşıl iqtisadiyyat” və digər mövzuları əhatə edib.

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 244 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

KOB inkişaf mərkəzləri satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 729 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərib.

Ümumilikdə, 2023-cü ilin I yarısında Agentliyin KOB subyektlərinin biznes biliklərinin artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 3 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

KOBİA bu ilin I yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 148 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək olub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən il KOBİA 7 mindən çox sahibkarın bilik və bacarıqlarını artırıb

22-01-2026

Azərbaycanda 4 600-dən çox KOB subyektinin meyarı dəyişib

27-06-2023

“Startap” şəhadətnaməsi alan KOB-ların 30 faizdən çoxu gənc sahibkarlardır

01-04-2025

Xızıda KOB dostu fəaliyyətə başlayıb

11-08-2022

KOBİA-nın satışa dəstək mexanizmindən bu il 50-yə yaxın sahibkar yararlanıb

29-08-2023

Ötən il 65 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

22-01-2025

6 KOB subyekti aqrar sahə ilə bağlı startap şəhadətnaməsi alıb

24-11-2022

KOBİA: "Maliyyələşdirdiyimiz 39 layihədən 2-si standartlaşdırmaya aiddir"

11-10-2023

Prezident İlham Əliyev “Bakı KOB evi”nin açılışında iştirak edib

06-01-2023

KOBİA və Asiya İnkişaf Bankı arasında memorandum imzalanıb

06-12-2024

Yerli startaplar xarici “mələk investor”larla görüşə biləcək

16-02-2023

Sumqayıtda KOB Dostu fəaliyyətə başlayıb

18-04-2019

“Bizdən biznesə” startap müsabiqəsinə start verilib

31-10-2024

I rübdə 16 sahibkara "Startap" şəhadətnaməsi verilib

20-04-2026

KOBİA və Litva İnnovasiyalar Agentliyi arasında əməkdaşlığa dair sənəd imzalanıb

22-05-2023

"Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq

30-05-2023

Azərbaycanda I yarımildə 13 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

03-08-2023

Bu il Bakıda “KOB Dünya Forumu” keçiriləcək

29-03-2023

E-KOB evi portalı test rejimində istifadəyə verilib

16-12-2024

Ötən il 59 sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

27-01-2026

Azərbaycanda KOB-larla bağlı yeni proqramın icrasına başlanılıb

11-10-2023

KOBİA: "Azərbaycanda sahibkarların 99 faizdən çoxunu KOB-lar təşkil edir"

27-06-2023

Azərbaycanda daha 5 sahibkara “Startap” şəhadətnaməsi verilib

27-10-2023

KOBİA: KOB-ların kibertəhlükəsizliyinin təmin edilməsi əhəmiyyət daşıyır

09-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə