Previous Next
Bağla

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025 11:31
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası
keçirilib.

Xeberler.az bildirir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, əməkdaşları və aidiyyəti şəxslər iştirak ediblər.

İclası giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Strategiyanın məqsədi ölkəmizdə süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Həmçinin qeyd edib ki, ictimaiyyətin süni intellekt barədə məlumatlandırılması, o cümlədən süni intellektin potensialı və riskləri haqqında təşviqat işinin təşkili, habelə süni intellektlə bağlı etik prinsiplərin qorunması əsas prioritetlərdən biri olacaqdır. Bundan əlavə, strategiyada süni intellekt ekosisteminin formalaşmasını və inkişafını təmin etmək üçün akademik və elmi tədqiqatların gücləndirilməsi kimi məsələlərə xüsusi diqqət yetirildiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli bu gün dünyanın süni intellekt mərhələsinə daxil olduğunu, artıq gündəlik həyatımızın bir parçasına çevrildiyini, süni intellektin açdığı geniş imkanlarla bərabər, risklər də gətirdiyini söyləyib. Vurğulayıb ki, Strategiyada süni intellektlə bağlı gözlənilən risklər və onların neytrallaşdırılması məqsədilə Süni İntellekt Akademiyasının yaradılması, süni intellekt istiqamətində məsul dövlət qurumlarının müəyyənləşdirilməsi kimi məsələlərin əksini tapdığını bildirib.

Akademik İsa Həbibbəyli hazırda AMEA-da aparılan genişmiqyaslı islahatların mühüm istiqamətlərindən birini dövlətimizin milli maraqlarını və dünyada gedən qabaqcıl trend və tendensiyaları əsas götürməklə elmi fəaliyyət sahəsində süni intellektin tətbiqinin gücləndirilməsi, süni intellekt texnologiyalarından istifadənin etik prinsipləri barədə tədqiqatların genişləndirilməsi və bu istiqamətdə kadr potensialının hazırlanmasına diqqətin artırılmasının təşkil etdiyini söyləyib.

Akademiyada bu istiqamətdə işlərin AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi və institutlardakı “Elektron xidmətlər” şöbələri tərəfindən həyata keçirildiyini bildirən akademik İsa Həbibbəyli qısa müddətdə bir çox uğurların əldə olunduğunu diqqətə çatdırıb. Eyni zamanda süni intellektin humanitar və ictimai elmlərdə tətbiqini təmin etmək məqsədilə AMEA-nın Fəlsəfə və Sosiologiya, Dilçilik, Folklor institutlarında daxili imkanlar hesabına süni intellektlə bağlı şöbələrin yaradıldığını, digər müəssisələrdə də mövcud profillərinə uyğun olaraq şöbələrin təşkilinin nəzərdə tutulduğunu deyib.

“Bu gün süni intellekt elmi öyrənmək üçün bir alətdir. Süni intellektin imkanlarından istifadə fundamental tədqiqatları daha çevik, geniş mənbələr əsasında sürətli şəkildə həyata keçirməyə imkan verəcəkdir. O cümlədən süni intellektin elmmetrik göstəricilərimizə tətbiqi ilə elmin inkişafı göstəricisini qiymətləndirmək mümkündür. Bu işləri həyata keçirmək üçün “Elektron xidmətlər” şöbələrinin əməkdaşlarını, Gənc Alim və Mütəxəssislər şuralarının üzvlərini, həmçinin doktorantları da cəlb etməliyik. Əməli fəaliyyətimizlə dövlət başçımızın, ölkəmizin çağırışlarına cavab verməliyik”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-da süni intellekt və rəqəmsal inkişaf istiqamətində gedən proses sürətlə davam edir

22-07-2025

AMEA-da elektron elmin inkişaf istiqamətləri müzakirə olunub

22-07-2025

AMEA-da “Elektron Akademiya” şöbəsi yaradıldı

19-01-2023

AMEA-nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

11-09-2025

“Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

26-05-2026

“Elektron Akademiya” şöbəsinin əməkdaşları ilə müşavirə keçirilib

12-02-2025

AMEA-da süni intellektlə bağlı müsabiqə keçirilib

18-12-2025

Akademik Çin Elm və Texnologiya Assosiasiyanın direktoru ilə görüşüb

09-12-2025

Akademik İsa Həbibbəyli Sinqapurlu alimlərlə görüşüb

17-02-2025

AMEA-nın Ümumi yığıncağında Elektron xidmətlərə dair təqdim olunacaq çıxışlar müzakirə edilib

14-02-2025

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

AMEA-da elektron sənəd mübadiləsi sisteminin strukturu və fəaliyyətinin təşkili ilə bağlı qərar qəbul edilib

12-09-2023

“Dördüncü sənaye inqilabı, süni intellekt və rəqəmsal sosiologiya” mövzusunda elmi konfrans keçirilib

28-03-2023

İsa Həbibbəyli “İnnovasiyalar Mərkəzi”nin direktoru ilə görüşüb

26-08-2025

Rəqəmsal arxitektura planı və AMEA-nın fəaliyyət istiqamətləri müzakirə olunub

18-02-2026

"AMEA"da süni intellekt məsələlərinə böyük diqqət ayrılır

12-04-2025

Elmi tədqiqat müəssisələrində elektron xidmətlər şəbəkəsi yaradıla bilər

04-04-2023

AMEA ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında elektron xidmətlər sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

12-10-2023

Elektron akademiya şöbəsi yaradılıb

29-11-2023

AMEA-da elektron sənəd dövriyyəsinə keçid prosesi başa çatdırılıb

27-12-2024

“Suverenlik, süni intellekt və müasir şüur problemi” adlı konfrans keçirilib

18-03-2025

“AMEA-da elektron kitabxana yeni mərhələdə” adlı təqdimat mərasimi keçirilib

26-09-2024

"2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiqlənib

19-03-2025

Rəqəmsal inkişafın sürətləndirilməsinə dair AMEA-nın vəzifələri müzakirə edilib

13-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə