Previous Next
Bağla

Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

19-12-2025 11:40
Akademik: "MilliNet"lə yanaşı Milli Süni İntellekt Mükafatı da təsis olunmalıdır

AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Milli İnternet Mükafatı - MilliNet 2025  müsabiqəsinin nəticələrinin təqdimat mərasimində çıxış edib. Akademik bildirib ki, artıq 20 ildən çoxdur ki, ölkəmizdə keçirilən bu müsabiqə dövlət, ictimai və biznes sektorları üçün geniş sosial əhəmiyyətə malik veb-resursların yaradılmasını təşviq etməklə mühüm bir missiyanı həyata keçirir.

Xeberler.az bildirir ki, Alim hazırda dünyada gedən qlobal proseslər, rəqəmsal transformasiyalar, IV Sənaye İnqilabının, xüsusən də, müasir dövrün ideologiyası olan süni intellektin böyük sürətlə inkişafı nəticəsində ölkəmizdə yeni reallıqların yarandığını qeyd edib. Dövlət başçısı İlham Əliyevin süni intellekt və rəqəmsal transformasiya sahəsində ardıcıl və məqsədyönlü siyasət apardığını, “Rəqəmsal İnkişaf Konsepsiyası”, “2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” və digər mühüm strateji sənədlərdə həm müvafiq dövlət qurumları, elmi müəssisələr, həm də biznes və vətəndaş cəmiyyəti institutlarının qarşısında konkret vəzifələrin müəyyənləşdirildiyini söyləyib. Bu vəzifələrin həyata keçirilməsinin dövlətimizin milli maraqlarının qorunması və texnoloji suverenliyinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Akademikin sözlərinə görə, süni intellektin müasir dövrün ideologiyasına çevrilməsi nəticəsində hər bir dövlət qurumu, elmi müəssisə və təşkilat öz fəaliyyətini yeni çağırışlara uyğun şəkildə yüksək səviyyədə təşkil edir, zəruri tədbirlər həyata keçirir. Bu gün cəmiyyətdə süni intellekt sahəsində normativ-hüquqi bazanın formalaşdırılması, resursların daha səmərəli idarə olunması, ölkədə sürətlə artan məlumatların toplanması və emalı üçün müvafiq ekosistemin yaradılması, süni intellekt, kibertəhlükəsizlik və kibersuverenliyə dair çoxaspektli tədqiqatların aparılması, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması çox aktual məsələlərdəndir: “Artıq ölkəmizdə bu istiqamətlərdə fəaliyyət göstərən ayrı-ayrı mütəxəssislərin, xüsusən də gənclərin fəaliyyətini stimullaşdırmaq üçün MilliNet mükafatı ilə yanaşı, Milli Süni İntellekt Mükafatının təsis olunmasının vaxtı çatmışdır”.

Alim həmçinin süni intellektlə bağlı çoxaspektli, multidissiplinar, elmi-praktiki və konseptual problemlərin ümummilli səviyyədə müzakirəsinin təşkili məqsədilə vahid dialoq platformasının yaradılmasının zəruri olduğunu vurğulayıb: “Dövlət qurumları, elm və təhsil müəssisələri, o cümlədən biznes və vətəndaş cəmiyyəti sektorlarının nümayəndələrinin iştirakı ilə süni intellekt sahəsində çoxsaylı problemlərin müzakirəsi, təklif və tövsiyələrin irəli sürülməsi, həyata keçirilən işlərin ictimai monitorinqinin aparılması, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müzakirə platforması kimi Milli Süni İntellekt Forumunun təşkil olunmasına böyük ehtiyac vardır”.

Çıxışının sonunda akademik Rasim Əliquliyev MilliNet 2025 müsabiqəsinin qaliblərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Alim gəncləri qlobal rəqəmsal çağırışlara uyğun aktiv fəaliyyət göstərməyə, müntəzəm olaraq qabaqcıl elmi-texnoloji biliklərə yiyələnməyə, dövlət başçısının qarşıya qoyduğu strateji vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə çağırıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət kibersuverenliyinə dair elmi konfrans keçiriləcək

29-01-2026

Akademik: Rəqəmsal inkişaf mühəndislik biliklərinin yenilənməsini zəruri edir

15-12-2025

Akademik: Ölkədə astrofizika sahəsində tədqiqatlarda süni intellektin tətbiqi müasir dövrün tələbidir

28-09-2024

İnformasiya Texnologiyaları İnstitutunda Azərbaycanın rəqəmsal arxitekturası müzakirə edilib

14-02-2026

“Dövlətin kibersuverenliyinin təmin olunmasının elmi-praktiki problemləri” müzakirə edilib

10-03-2026

Akademik: Əsas məqsəd dövlətin və cəmiyyətin kiberimmunitetini gücləndirməkdir

03-11-2025

Rəqəmsal kriminalistika sahəsində sistemli elmi tədqiqatlara başlanılıb

04-02-2026

Rəqəmsal dövlət platformasında sosial kreditin qiymətləndirilməsinə dair araşdırmalar aparılır

07-05-2026

İnformasiya Texnologiyaları İnstitutu və AzTU birgə qrant layihələrində iştirak edir

04-05-2026

“Rəqəmsal repozitariyaların qurulması və inkişafı” müzakirə olunub

01-08-2025

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” adlı konfrans keçirilib

25-05-2025

Süni intellektin inkişafına dair məruzə dinlənilib

03-04-2025

Rasim Əliquliyev: “Azərbaycan Soft Computing sahəsində tədqiqat mərkəzlərindən biridir”

03-02-2022

İnformasiya Texnologiyaları İnstitutu ilə Honkonq Kore Akademiyası memorandum imzalayıb

13-11-2025

Rəqəmsal kriminalistikanın aktual elmi problemləri araşdırılır

05-01-2026

Akademik: Süni intellektin hüquqi statusu arzuolunan səviyyədə deyil

11-03-2026

Akademik: Yüksəkixtisaslı mühəndis kadrların hazırlanması zəruridir

24-12-2025

İnformasiya Texnologiyaları İnstitutu JPCERT/CC ilə əməkdaşlığa başlayır

06-03-2026

"Rəqəmsal İnkişaf Konsepsiyası” ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə edilib

11-02-2025

“Dünyada İKT üzrə ən qabaqcıl bilikləri cəmiyyətə ötürürük”

11-10-2016

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş konfrans başa çatıb

11-11-2024

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

15-04-2025

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə