Previous Next
Bağla

Süni intellektlə hazırlanan materiallar üçün işarələnmə tələbi gətirilir - Ekspert

12-03-2026 18:14
Süni intellektlə hazırlanan materiallar üçün işarələnmə tələbi gətirilir - Ekspert

Azərbaycanda süni intellekt texnologiyalarından istifadə ilə bağlı qanunvericiliyə yeni dəyişikliklərin edilməsi təklif olunur. Təkliflərə əsasən, süni intellekt vasitəsilə hazırlanmış foto, video və audiomateriallar yayılan zaman onların süni intellektlə hazırlandığı açıq şəkildə işarələnməlidir. Bu tələbi pozan şəxslər isə cərimə edilə bilər.

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz paylaşım edib.

Osman Gündüzün sözlərinə görə, daha ciddi məsələ deepfake texnologiyaları ilə bağlıdır. Belə ki, şəxsin razılığı olmadan onun səsi və ya görüntüsü əsasında süni intellekt vasitəsilə saxta material hazırlamaq və yaymaq cinayət hesab ediləcək. Xüsusilə pornoqrafik və ya seksual xarakterli deepfake materialların hazırlanması və yayılması üçün 3 ildən 7 ilədək həbs cəzasının tətbiqi nəzərdə tutulur.

Ekspert qeyd edib ki, son illərdə süni intellekt texnologiyalarının sürətli inkişafı ilə birlikdə deepfake manipulyasiyaları, reputasiya hücumları və seksual şantaj halları dünyada ciddi problemlərdən birinə çevrilib. Bir sıra ölkələr artıq bu risklərin qarşısını almaq üçün hüquqi mexanizmlər formalaşdırmağa başlayıb.

Mütəxəssisin fikrincə, belə addımlar şəxsi həyatın toxunulmazlığının, ictimai nüfuzun və informasiya təhlükəsizliyinin qorunması baxımından vacibdir. Bununla yanaşı, süni intellektlə hazırlanmış materialların işarələnməsi media mühitində şəffaflığı artırsa da, bu tələbin tətbiqi mexanizmi müəyyən suallar doğurur.

Belə ki, süni intellektlə hazırlanmış materialın necə müəyyən ediləcəyi, hansı səviyyədə istifadə zamanı işarələnmə tələb olunacağı və əlavə alətlərdən istifadə hallarında bunun necə qiymətləndiriləcəyi kimi məsələlər hələ də müzakirə mövzusudur.

Ekspert hesab edir ki, yeni qaydaların tətbiqi zamanı əlavə bürokratik maneələrin yaranmaması üçün mexanizmlər dəqiq müəyyənləşdirilməlidir.

Onun fikrincə, süni intellekt texnologiyalarının sürətlə yayılması fonunda yeni hüquqi yanaşmalar hazırlanarkən iki əsas məqsəd paralel şəkildə qorunmalıdır. Bir tərəfdən vətəndaşların hüquqları və reputasiyası müdafiə olunmalı, digər tərəfdən isə innovasiya, yaradıcılıq və informasiya istehsalına maneələr yaradılmamalıdır.

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026
Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

Süni intellektlə bağlı yeni hüquqi tələblər müəyyənləşdirilib

06-05-2026
Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

Şəxsin görüntüsündən süni intellektdə icazəsiz istifadəsi həbsə səbəb olacaq

12-03-2026
Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

Süni intellektlə bağlı qadağalar ilk oxunuşda qəbul edilib

17-03-2026
Azərbaycanda süni intellektlə bağı qanun layihəsi hazırlanır

Azərbaycanda süni intellektlə bağı qanun layihəsi hazırlanır

10-04-2026
Özbəkistanda süni intellektlə bağlı yeni qanun layihəsi təsdiqlənib

Özbəkistanda süni intellektlə bağlı yeni qanun layihəsi təsdiqlənib

03-11-2025
Rəşad Nəbiyev süni intellektlə bağlı müzakirədə çıxış edib

Rəşad Nəbiyev süni intellektlə bağlı müzakirədə çıxış edib

05-08-2025
Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

Komitə sədri: Süni intellektlə bağlı normativ-hüquqi baza formalaşıb

24-04-2026
Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

Plenar sessiyada süni intellekt və insan hüquqları üzrə qlobal çağırışlar səsləndirilib

18-06-2026
“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

“Prezidentin adından yayımlanan video müraciət heç bir reallığı əks etdirmir”- Rəsmi

12-10-2023
Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

Məhkəmə qərarı olmadan rəqəmsal axtarış: dəyişikliklər və risklər

30-01-2026
Nazir: "Universitetlərin 70 faizində süni intellektlə  bağlı təhsilin verilməsi planlaşdırılır"

Nazir: "Universitetlərin 70 faizində süni intellektlə bağlı təhsilin verilməsi planlaşdırılır"

10-10-2024
Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

Deputat: Süni intellekt sistemləri regionlar və sosial həssas qruplara əlçatan olmalıdır

07-10-2025
DİN süni intellektlə bağlı xəbərdarlıq edir

DİN süni intellektlə bağlı xəbərdarlıq edir

28-01-2025
XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

XRİTDX “İnnovasiyalar və Süni İntellekt” Konfransında iştirak edib

03-10-2025
Süni intellekt eynəyi gələcəyin ən vacib texnologiyalarından biridir

Süni intellekt eynəyi gələcəyin ən vacib texnologiyalarından biridir

31-07-2025
m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

m10 insidenti artıq fintex yox, milli təhlükəsizlik məsələsidir - Ekspert

18-02-2026
Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

Fariz Cəfərov: Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacaq

11-04-2025
4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

4SİM: Bir çox sahələrdə süni intellektin istifadəsi sınaqdan keçirilir

11-04-2025
Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

Süni intellektlə qadınları şantaj edən şəxs həbs olunub

13-03-2026
Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir

Azercell-in dəstəyi ilə müəllimlər üçün süni intellekt təlimlərinə start verilir

24-06-2026
Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

Ekspert: Mobil telefonda axtarış üçün məhkəmə qərarı olmalıdır

04-06-2026
Sem Altman: OpenAI şəxsi məlumatları qorumur

Sem Altman: OpenAI şəxsi məlumatları qorumur

28-07-2025
Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

Ekspert: Sosial şəbəkələrdə yaş yoxlaması necə aparılacaq?

10-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə