Sinqapurda beş yerli su anbarında suyun keyfiyyətinin monitorinqi üçün robot-quşlardan istifadəyə başlanılacaq.
Sinqapurun Su Resursları Agentliyinin iştirakı ilə bir neçə institutun mütəxəssisləri tərəfindən hazırlanmış, qu quşlarını xatırladan “SWAN" robotlarının ilk sınaqları 2014-cü ildə keçirilsə də, sınaqlar 2016-cı ildə müvəffəqiyyətlə başa çatdırılıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, robotlar turşuluq səviyyəsi, oksigen tərkibi, şəffaflıq və xlorofil tərkibi haqqında informasiya daxil olmaqla, suyun keyfiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün sensorlar və iki mühərriklə təchiz edilib.
Hazırda suyun analizi qayıqlardan toplanmış suyun köməyilə həyata keçirilir. Lakin bunun üçün insan resursları tələb olunur. Nümunələrin çatdırılmasına müəyyən vaxt sərf olunur ki, bu da fövqəladə vəziyyət yarandıqda dərhal qarşısının alınmasına mane ola bilər. Robotlar real vaxtda məlumatları göndərə və operatorun müşahidəsi altında avtonom rejimdə hərəkət edə biləcəklər.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri