“Təhsil proqramlarının monitorinqi” adlı kitab çapdan çıxıb

05-04-2010 / 14:07

6 aprel 2010- cu il tarixdə saat 11:00- da Azərbaycan Media Mərkəzində tanınmış təhsil eksperti fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlının “Fənn kurikulumlarının (təhsil proqramlarının) monitorinqi” adlı kitabının təqdimatı keçiriləcək.

Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun dəstəyi ilə ərsəyə gələn kitabda aparılmış monitorinq əsasında təhsil sistemimizdə həyata keçirilən kurikulum islahatına müəllifin münasibəti əks olunmuşdur. O, bir tərəfdən fənn kurikulumları hazırlanarkən yol verilən nöqsanları, digər tərəfdənsə, bu sənədlərin müasir tələblərə cavab vermədiyini açıb göstərir.

Kitabda islahat prosesindəki nöqsanları göstərilməklə yanaşı, onların aradan qaldırılması üçün təkliflər də verilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə