Previous Next
Bağla

Təhsillə bağlı media və internet resursların sayı qaneedicidirmi? – ARAŞIDIRMA

14-03-2014 09:17
Təhsillə bağlı media və internet resursların sayı qaneedicidirmi? – ARAŞIDIRMA
Hazırda internet və media bütün sahələrə diqtə edir. Təhsil kimi önəmli sahədə də media və internet resurslarının inkişafı xalqın təhsilinin daha da artmasında, maariflənməsində əəvəzedilməz rol oynayır. Təsadüfi deyil ki, ölkə Prezidenti İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixində imzaladığı sərəncamla Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası təsdiqlənib ki, sənədin 4.8-ci bəndi məhz “Təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi” adlanır.
Təhsillə bağlı media və internet resurslarının sayı nə qədərdir?
Son illərdə ölkədə və ölkə xaricində qeydiyyatdan keçərək fəaliyyətə başlayan Azərbaycan dilli portalların və xəbər saytlarının sayı durmadan artmaqdadır. Bu artım təhsillə bağlı saytlara da təsir edib. Düzdür, təhsillə bağlı ixtisaslaşmış media resursların sayının çox olduğunu söyləmək olmaz. Təhsil Nazirliyin saytında bunların sayı dörddür: “Azərbaycan müəllimi” qəzeti, “Azərbaycan dili və ədəbiyyatı tədrisi”, “Məktəbəqədər və ibtidai təhsil”, “Azərbaycan məktəbi” jurnalları (Bunlardan yalnız “Azərbaycan müəllimi” qəzetinin internet resuru var: muellim.edu.az, digərlərinin elektron versiyası yoxdur). Bir çox elmi jurnalar da var, lakin həmin dərgilərdə daha çox elmi məqalələr dərc olunur. Bu cür məqalələr isə daha çox alimlər, araşdırmaçılar üçün nəzərdə tutulub.
İnternet saytlarla bağlı məsələ isə daha fərqlidir: bütün sahələrdə olduğu kimi, təhsillə bağlı internet portalların və bloqların sayı çoxdur. Lakin onların sayı ilə bağlı konkret statistika yoxdur. Buna görə də yazıda təhsillə bağlı internet resursların sayını müəyyənləşdirməyə də çalışacağıq.
Məlum olduğu kimi, bütün dünyada “edu” təhsil müəssisələri və ümumiyyətlə təhsillə bağlı internet saytların domeyn sonluğu, yaxud əvvəlidir. Məsələn, Azərbaycan Respublikası Təhsil Nazirliyinin saytı edu.gov.az, Azərbaycan Memarlıq və İnşaat Universitetinin saytı isə azmiu.edu.az domeynində yerləşir.
Yeri gəlmişkən, nazirliyin 2009-cu ildə qurulmuş saytı kifayət qədər zəngin olsa da, bəzi bölmələr (məsələn, “Telefon soraqçası” bölməsi) işləmir. Bundan başqa, nazirliyə aid rəsmi saytın dizaynının müasir tələblərə cavab verdiyini də söyləmək olmaz….
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bakuedu.gov.az adlı rəsmi saytının dizaynı Təhsil Nazirliyinin internet resursu ilə eynidir. Əsas fərq idarənin saytında məlumat sarıdan “kasadçılığın” olmasıdır.
Azərbaycan Prezidentinin məktəblillər üçün nəzərdə tutulmuş mektebli.president.az saytında Azərbaycan dövləti ilə bağlı, dövlətin rəzmləri, rəhbəri, Dağlıq Qarabağ, və s. məlumatlat yer alıb. Şagirdlərin rahat qavrayacağı şəkildə sadə dildə və uyğun dizaynda hazırlanmış sayt 2009-cu il oktyabrın 24-də fəaliyyətə başlaylb.
Azərbaycandakı yalnız bəzi orta məktəblərin internet saytı var, bəzi orta məktəblərin adı ilə bağlı bloqlar da var ki, burada yerləşdirilən məlumatları heç də ciddi saymaq olmaz. Əslində, Azərbaycan Respublikasının Təhsil Portalında (portal.edu.az) bütün orta məktəblərin saytlarının xəritəsi var. Yəni, həmin xəritə ilə ölkədəki istənilən məktəbin adını taparaq onun saytına daxil olmaq mümkün görünür. Təəssüf ki, məktəblərin əksəriyyətinin saytı olmadığlndan əksər seçimlərdən sonra ekrana məşhur “nəticə yoxdur” yazısı gəlir. Qeyd edək ki, Təhsil Nazirliyinə aid saytlardan olan portal.edu.az əslində çox maraqlı portaldır. Burada orta məktəblərdə tədris olunan fənlərə dair dərsliklərin elektron variantından tutmuş,  termin lüğətinə qədər təhsillə bağlı faydalı materiallar var.
Ölkədəki ali məktəblərin demək olar ki, hər birinin internet saytı var. Bu saytların əksəriyyəti “edu” tipli domeynlərlə qeydiyyatdan keçib. Yəni, həmin saytların sonu “.edu.az”dır və bunu da təqdir etmək lazımdır.
Ümumilikdə isə “.edu.az” sonluğu ilə bitən domeynlərin sayı 75-dir. Qeyd edək ki, internetdə bununla bağlı statistika yoxdur və bu rəqəm də məqaləni hazırlayarkən apardığımız araşdırmalar zamanı ortaya çıxdı.
Daha 42 sayt və bloqla bağlı məlumatlar Təhsil Nazirliyinə aid digər saytda – musabiqe.edu.az portalında yer alıb ki, onların hamısını təhsilə aid şəxslər (müəllim və şagirdlər) hazırlayıb. Lakin saytların heç də hamısı təhsillə bağlı deyil, digər sahələri də əhatə edir. Təəssüf ki, əvvəlki illərdə Təhsil Nazirliyinin müsabiqəsinə təqdim edilmiş sayt və bloqların bir qismi hazırda işləmir.
Ümumilikdə təhsillə bağlı Azərbaycan dilində olan internet resursların sayı 200-dən bir qədər çoxdur (internetdə bununla bağlı da statistika yoxdur və bu rəqəm məqaləni hazırlayarkən apardığımız araşdırmalar zamanı ortaya çıxdı). Bu saytların az qala yarıya qədəri – təxminən 80-dən artığı bloqdur.
hesret-ailesiTəhsil saytları yaradan nümunəvi ailə
Azərbaycanda təhsil saytları yaratmaq üzrə aktiv olan nəinki müəllim və şagirdlər, hətta ailə (ola bilsin ailələr) də var. Bunlardan biri Həsrət ailəsidir. Azərbaycanın əməkdar müəllimi Almaz Həsrət birinci saytını yaratmağını belə xatırlayır: “Dərslərimə uyğun internetdə materiallar axtaranda ya o barədə heç cümlə belə olmurdu, olanda da yalnız cüzi, çox səthi məlumatların olduğunu aşkar edirdim. Bu boşluğu görəndən sonra təhsil sahəsi üzrə ilk olaraq lazımlı internet resursu yaratmağı qarşıma məqsəd qoydum. Bunun üçün ilk olaraq  elektron dərslər hazırladım, Azərbaycan dilində məktəb üçün lazım olan materiallar yazıb internetdə yerləşdirməyə başladım”.
A.Həsrət Azərbaycanda ilk olaraq fərdi müəllim saytı -  almazhasret.com, ardınca da biologiya sahəsində ilk fənn saytını – biologiya.org – quraraq istifadəyə verib: “2007-ci idən başlayaraq ölkəmizdə ilk dəfə olaraq Web 2.0 – sosial servislərin təhsildə tətbiqi və pedaqoji imkanları barədə işlərimi şəxsi saytımda yerləşdirməyə başlamışdım. Daha geniş istifadəçi auditoriyasına çatdırmaqdan ötrü  almazhasret.com saytında bütün işlərimi paylaşırdım ki, təhsillə maraqlanan hər kəs mənim qazandığım təcrübədən istifadə edə bilsin. Bu cür resursların yaradılması deyə bilmərəm ki, çox asandır, çünki bunların yaradılması üçün saatlarla məşğul olmalı olursan, günlərlə zəhmət çəkib hamının istifadəsinə yaraya biləcək resurs hazırlayırsan. Buna zaman sərf olunur təbii ki… Həm də çox diqqətli olmaq lazımdır ki, yazdığın material yanlış olmasın, axı o resurs illərlə internet məkanında qalan bir mənbədir. Ona görə də nə qədər çətin olsa da bir o qədər məsuliyyətli bir işdir təhsil üzrə internet resursu yaratmaq.
Müvafiq dövlət qurumlarına onu bildirmək istərdim ki, İKT üzrə hər ay maraqlı müsabiqələr və treninqlər keçirsinlər. Distant təlimlər keçirilsin, misal üçün müəllimlərin təkmilləşdirilməsi üzrə kursları distant keçirsinlər. Məsələn mən özüm Lomonosov adına Moskva Dövlət Universitetindən 2 dəfə distant olaraq müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi üzrə kurslarından keçmişəm. Bəhrəsini də çox gözəl görmüşəm. Yeniliklər və pedaqoji fəaliyyətimdə inkişafa doğru dəyişiklər oldu.
Həmkarlarıma demək istərdim ki, dayanmasınlar, daim çalışsınlar. Tədris etdikləri hər bir fənn üzrə bloq və ya sayt yaratsınlar. Hər yaradılan sayt daim yenilənsin, şagirdlərlə bərabər işlənilsin. Bu cür birgə əməkdaşlıq müəllim-şagird münasibətlərinin müsbət yönümlü inkişafına da səbəb olacaqdır. Şagirdlərin internetdən istifadə mədəniyyətinin formalaşmasına köməklik göstərəcək.  Müəllimlər daim yaradıcı, yenilikçi olmalıdırlar. İnternet məkanını gərək şagirdlərimizlə bərabər lazımlı materiallarla zənginləşdirək. Dil bilən şagird, tələbə və valideynlərlə birlikdə materialları tərcümə edib resurslarımızın sayını artıraq”.
Almaz Həsrətin 10 yaşlı qızı Aysel Həsrət və 9 yaşlı oğlu Ayxan Həsrət də öz bloqlarını qurub (ayselhasret.blogspot.com, ayxanhasret.blogspot.com). Bloqlarda təhsil və digər sahələrlə bağlı matetiallar var. Almaz xanımın sözlərinə görə, özü və həyat yoldaşı, məşhur jurnalist Azər Həsrət bu işdə uşaqlara demək olar ki kömək etməyiblər.
TNTəhsil Nazirliyi: “İnternet və media resurslarının artması ölkə təhsilinin inkişafına müstəsna təsir göstərəcək”
Məqaləni hazırlayan ərəfədə Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin Media və QHT-lərlə İş sektorunun rəsmi cavabına bildirildi ki, təhsillə bağlı media və internet resurslarının sayının artması gözlənilir: “Ümumiyyətlə təhsilin inkişafı üzrə dövlət strategiyasının əsas mahiyyəti və hədəf yönümü təhsillə bağlı onlayn resursların sayının artmasına bağlıdır. Bu, ilk növbədə ümumtəhsil məktəblərinin dərslik resurslarına şamil olunacaq, eləcə də elektron demokratiyanın təhsilin bütün pillələri arasında virtual harmoniya formalaşmasına zəmin yaradacaq. Biz çox istərdik Azərbaycandilli media və internet resurslarının sayı kifayət qədər olsun ki, təhsilalanlarımızın aldığı biliklərin coğrafiyası daha geniş məkanı əhatə etsin. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında bu istiqamətdə konkret məqsədlər və hədəflər qoyulub”.
Həmçinin, nazirlikdən bildirildi ki, təhsillə bağlı araşdırma jurnalistikasının səviyyəsi hələ yetərincə yüksək deyil: “Yeni təhsil tendensiyalarını və dünya təhsilində baş verən dəyişiklikləri əks etdirən və Azərbaycan dilində ehtiva olunan onlayn resurslar kasaddır. Bununla bağlı konkret statistikanın olmaması bizə deməyə imkan vermir ki, onlayn təhsil resurslarının virtual çəkisi nə qədərdir”.
Nazirlikdən əlavə olaraq bildirildi ki, təhsillə bağlı internet və media resurslarının artması ölkə təhsilinin inkişafına müstəsna təsir göstərəcək: “Gələcəkdə əsas hədəflərdən biri də odur ki, təhsilin istənilən pilləsində olan hər bir şəxsin bu və ya digər mövzu ilə bağlı onlarla alternativ və variativ mənbəyə çıxışı olsun. Məsələn, bir örnək verək. Kaliforniyada yaşayan 33 yaşlı keçmiş maliyyə eksperti Salman xanın yaratdığı Xan akademiyası müxtəlif mövzulara dair milyonlarla çeşidli elektron resurlar təqdim edir. Bu da təhsilalanın təkcə dərslikdən deyil, həm də onlayn resurslardan qidalanmasına kömək edir. Biz də onu düşünürük ki, bilik təkcə sinif otaqları içərisində deyil, hər yerdə var, xüsusilə onlayn məkanda”.
Təhsillə bağlı internet resursu hər kəs yarada bilərmi?
Hazırda istənilən internet resursun yaradılması heç də çətin deyil. Bunun üçün əvvəlcə domeyn almaq lazımdır. Məsələn, sonluğu “.az” domeyn 20, sonluğu “.edu.az” olan domeynin qiyməti 25 manatdır. Sonluğu “.org”, “.net” olan domeynlər daha ucuzdur. Özü sərbəst şəkildə sayt yığa bilməyənlər bunu kiçik məbləğ ödəməklə həmkarlarına, yaxud proqramçılara sifariş verə bilər.
pervane-ibrahimovaTəbii ki, internet saytın az zəhmətlə başa gəlməsini təhsil müəssisələri barədə söyləmək olmaz. Məsələn, ölkənin ən böyük ali məktəbi olan Bakı Dövlət Universitetinin (BDU) saytında (bsu.edu.az) BDU-nun fakültələrinin hər birinin ayrıca saytı var, sayt və saytdakı bütün internet resurslar 22 veb-master və 18 redaktor tərəfindən idarə olunur. BDU-nun Mətbuat və informasiya şöbəsinin rəhbəri Pərvanə İbrahimova bizimlə söhbətində bildirdi ki, saytın tərkibinə 16 fakültənin, 2 elmi-tədqiqat institutunun və 9 şöbənin müstəqil saytları daxildir. Saytda Bakı Dövlət Universitetinin fakültələri, elmi-tədqiqat institutları, 123 kafedrası və 1700 professor-müəllim heyəti haqqında Azərbaycan, rus və ingilis dillərində ətraflı məlumat verilib. Saytın təhlükəsizliyi də vacib şərtlərdəndir ki, P.İbrahimova buna da əməl olundğunu deyir.
Lakin heç bir xərc çəkmədən və proqramçı olmadan da təhsillə bağlı internet resurs qurmaq olar. Belə ki, bu cür bloq yaratmağı internet istifadəçisi olan hər bir şəxs, o cümlədən təhsil işçiləri də edə bilər. Elə Əməkdar müəllim Almaz Həsrət də həmkarlarına bu və digər istiqamətdə dayanmadan daim çalışmağı məsləhət görür: “Tədris etdikləri hər bir fənn üzrə bloq və ya sayt yaratsınlar. Hər yaradılan sayt daim yenilənsin, şagirdlərlə bərabər işlənilsin. Bu cür birgə əməkdaşlıq müəllim-şagird münasibətlərinin müsbət yönümlü inkişafına da səbəb olacaq”.
Göründüyü kimi, təhsillə bağlı media və internet resursların sayı heç də az deyil, yararlanmaq istəyənlər üçün belə demək mümkünsə, “qapı” açıqdır. Lakin bu sahənin də inkişaf etdirilməsinə ehdiyac var və bu, heç də çətin deyil… (femida.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Təhsil Şəbəkəsinə cəmi 1200 məktəb qoşulub

06-09-2012

“DATA Mərkəzinin yaradılması təhsilin idarə edilməsində çevik mexanizmin işlədilməsinə kömək edəcək”

11-06-2009

Milli Təhsil Portalında elektron resursların sayı artırılır

08-04-2013

Sumqayıtın internet resursları: hər şey qaydasındadırmı?

10-03-2009

“Elektron Təhsil” müsabiqəsində 113 layihə mübarizəni davam etdirəcək

30-05-2012

2014-cü il üçün “Elektron Təhsil” müsabiqəsi başlayır

13-05-2014

Təhsil Nazirliyinin internet saytının yeni təkmilləşdirilmiş versiyası istifadəyə verilib

26-11-2009

Elektron təhsilin inkişafına əlavə vəsaitlər ayrılacaq

21-01-2015

“Elektron Təhsil” Respublika müsabiqəsinə 230 layihə təqdim olunub

08-05-2013

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012

http://exam.edu.gov.az dözmədi

23-06-2011

“Elektron Təhsil” Respublika musabiqəsinə start verildi

12-04-2011

“Elektron Təhsil” Ümumrespublika müsabiqəsinə start verildi

06-04-2010

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011

Təhsil Sistemində Elektron Tədris Resurslarını Qiymətləndirən Şura yaradılacaq

07-10-2009

Tədris-İnnovasiya Mərkəzi ixtisasartırma kursları təşkil edib

14-07-2011

“1 şagird:1 kompüter” layihəsi çərçivəsində məktəblərə netbuklar müsabiqə yolu ilə veriləcək

10-01-2013

Qeyri-dövlət saytlarının qorunması məsələsində çox boşluq var.

21-06-2012

Elektron resurslar təqdim edildi

15-12-2014

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

Texnoloji yeniliklərə əsaslanan təhsil

10-04-2014

İnternet texnologiyaların və sosial servislərin tədris prosesində istifadəsi ilə bağlı Təlimlər başa çatıb

06-05-2013

Dövlət məmurlarını şəbəkə saxtakarlığından necə qorumalı?

01-04-2013

AZƏRBAYCANDA İNTERNET SƏHİFƏ BİZNESİ YAYILIR

12-01-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə