“Baku Crystal Hall” və Dənizkənarı bulvar 4 gün boyunca “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalını canlı izləmək istəyən ziyarətçilərə zəngin proqram və maraqlı müsabiqələr vəd edir.
Xeberler.az bildirir ki, 26-29 mayda Bakıda keçiriləcək regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan”da ziyarətçi olaraq iştirak etmək istəyən vətəndaşlar üçün qeydiyyat prosesinə başlanılır. İştirak üçün https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək bilet əldə etmək tələb olunur.
Qeyd edək ki, festivala giriş biletinin əldə olunması hər bir Azərbaycan vətəndaşı üçün əlçatan və ödənişsizdir. 4 gün boyunca davam edəcək festivalda bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkün olacaq. Ziyarətçilər əldə etdiyi biletin üzərində qeyd olunmuş tarixdə festivala giriş imkanı əldə edəcəklər.
Bununla yanaşı, festivalın açıq ərazisində təşkil olunan sərgi və pavilyonlara baş çəkmək üçün ziyarətçilərdən COVID-19 sertifikatı tələb olunmur. Qapalı məkanlarda keçirilən tədbirləri canlı izləmək üçün mütləq qaydada COVID-19 vaksin və ya immunitet sertifikatı təqdim edilməlidir.
Festivalda 5 yaşından yuxarı uşaqların iştirakına icazə verilir. 7 yaşdan yuxarı olan uşaqların girişi üçün bilet tələb olunacaq.
Festivalı ziyarət etmək istəyən əcnəbi vətəndaşlar da yuxarıda qeyd olunan qeydiyyat prosesi və müvafiq qaydalar üzrə ödənişsiz bilet əldə edə biləcəklər.
Tədbir zamanı 28 May metrostansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq. Avtobuslara daxil olarkən dispetçerlər tərəfindən biletlərin QC yoxlanılaraq sərnişinlərə giriş imkanı yaradılacaq.
Həmçinin, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Park Inn” oteli, “İnterContinental” oteli, “Courtyard by Marriot Baku” oteli, Atletlər kəndi, 28 May metrostansiyası və Dövlət Bayrağı Meydanı ünvanlarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Taksi Xidmətinin dayanacaqları fəaliyyət göstərəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri