“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16-01-2025 / 15:45

Bakı Mühəndislik Universitetində (BMU) “Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Kösenin iştirakı ilə builki yarışlarla bağlı tələbələr üçün məlumat sessiyası təşkil olunub.

Xeberler.az məlumat verir ki, bu barədə BMU-dan bildirilib. Sessiyada elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov gənclərin gələcəyi üçün texnoloji festivalların əhəmiyyətinə toxunub, həmçinin BMU tələbələrinin dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST”dəki uğurlarını xatırladıb. Prorektor məlumat sessiyasının texnoloji sahədə fikir və ideyalarını reallaşdırmaq istəyənlər üçün faydalı olacağını vurğulayıb, qarşıdakı yarışlara hazırlaşan BMU tələbələrinin qələbəsinə inandığını deyib.

Sonra Ahmet Köse “TEKNOFEST”in tarixindən, 2018-2024-cü illər arasında yarışmaya artan maraqdan danışıb, festivalda iştirak edən müxtəlif ölkələrin və komandaların sayındakı dinamikanı diqqətə çatdırıb. Azərbaycanın bu festivalda qalib gələn komandaların sayına görə öncül yerlərdə dayandığını deyən Ahmet Köse hər bir layihəyə açıq olan “TEKNOFEST”in kateqoriyaları, yarışmanın gənclərin qarşısında açdığı imkanlardan geniş bəhs edib. Həmçinin may ayında Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək “TEKNOFEST-2025”, onun sonrakı mərhələləri, yarışmaya müraciət qaydaları haqqında ətraflı məlumat verib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə