BMU tələbələri “INNOSTART” hakatonunun qalib olub

08-04-2025 / 10:53

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandası Sumqayıt İnnovasiyalar Qovşağında keçirilən “INNOSTART” hakatonunda qalib olub.

Xeberler.az bildirir ki, bu barədə BMU-dan bildirilib. SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən hakatonda BMU tələbələri - Məhəmmədəli Ayralov (“Kimya mühəndisliyi”, 3-cü kurs), Ülvü Ağayev (“Kompüter elmləri”, 4-cü kurs), Toğrul Məmmədov (“Kimya mühəndisliyi”, 3-cü kurs), Rəqsanə Hüseynova (“Kimya mühəndisliyi”, 4-cü kurs) “Biolonic-kimyəvi reaksiyaları analiz edə bilən veb proqram təminatı” layihəsi ilə II yerə layiq görülüblər.

Texnologiya və innovasiya dünyasında iz qoymaq istəyən gənclərin ideyalarının reallığa çevrilməsinə dəstək məqsədi daşıyan yarışda komandalar kreativ həllər üzərində işləyib, gələcəyin texnologiyasını formalaşdırmaq istiqamətində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Hakatonun sonunda qaliblərə mükafatlar təqdim olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə