Previous Next
Bağla

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

04-04-2023 13:59
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
MARSA-nın məlumatı hökumətin TV-lərə münasibətini dəyişəcəkmi?

Azərbaycanda telereytinqləri ölçən yeni qurumun, MARSA-nın rəhbəri İradə Sultanovanın Reporta müsahibəsi diqqətimi cəlb etdi.
Müsahibədə TV reytinqlərlə bağlı bəzi rəqəmlər açıqlanıb. Bəzi ziddiyyətli, mübahisəli və düşündürücü məqamlar da gözümə dəydi.

Xüsusilə də, müsahibədə qurumun özünün müstəqilliyi, istifadə olunan texnologiyalara yatırılan investisiyanın şəffaflığı, datanın harada emal olunması, reytinq ölçmənin sifarişçisinin kim olması, ölçməni aparan əhali təbəqəsinin -panelin necə müəyyən edilməsi və ölkənin TV auditoriyasına nə dərəcədə adekvat olması və s. bu tip suallar qaranlıq qalıb.

Xatırladıram ki, əvvəlki illərdə televiziyaların reytinqinin ölçülməsi (Nielsen Azərbaycan təmsilçisi) etibarlılıq və metodoloji baxımından həm telekanalları, həm də reklam verənləri qane etmirdi. Ziddiyyətlər və narazılıqlar vardı, sosial mediada telereytinqlərlə bağlı tam fərqli müzakirələr olurdu.
Hətta səlahiyyətli dövlət qurumu- MTRŞ də reytinqlərin keyfiyyətsizliyindən şikayətlənirdi və bu mühitin sağlamlaşdırılması üçün müəyyən səylər göstərirdi.

Ötən il yeni qurum, MARSA Azərbaycanda televiziyaların reytinqini, ən populyar TV kanalı və ən populyar verilişi müəyyən etmək üçün fəaliyyətə başladığını açıqlamışdı.
Həmçinin, dünyada media reytinqlər sahəsində tanınmış beynəlxalq qurum, Böyük Britaniyanın Kantar şirkəti də Azərbaycanda telereytinqləri ölçmək üçün MARSA-nı tərəfdaş seçdiyini açıqlamışdı.

Daha çox hökumətin təşəbbüsü ilə formalaşan bu qurumun, nə dərəcədə müstəqil olması, nəticələrin nə dərəcədə obyektiv, şəffaf, ağlabatan və reallığı əks etdirməsini yəqin ki zaman göstərəcək.
MARSA-nın fəaliyyətə başladıqdan sonra maraqlı tərəfləri cəlb edərək ictimai müzakirələr təşkil etməkdən çəkinməsi də diqqətçəkən olub.

Xatırlayıram ki, qurum daha ağlabatan nəticələr əldə etmək üçün ötən il televiziyaların reytinqlərini bütün ölkə üzrə ölçməli olan evlərin sayını əvvəlkinə nisbətən kəskin artırmış, seçilmiş evlərə də ən yeni teleölçmə texnologiyaları, müasir PM7 (peoplemeter-sayğac) rəqəmsal cihazları təqdim edilmişdi.

Yeri gəlmişkən, peoplemeter və ya TV sayğaclar televizorda kimin nə vaxt hansı kanala, hansı verilişə hansı müddətdə baxdığını müəyyən edən elektron cihazdır.
Tamaşaçı -TV sayğac istifadəçisi TV kanalı, baxdığı veriliş və baxış zamanı ilə bağlı məlumatları bu cihazla ötürür.
Bu məlumatlar isə Kantar şirkətinin texnologiyaları, proqram təminatları və ekspertləri tərəfindən emal edilir.

Adətən təşkilatçılar reytinq ölçməni həyata keçirən vətəndaşlar haqqında məlumatları açıqlanmır, onlara da bu məlumatları gizli saxlamaq tapşırılır.

Xatırlayıram ki, əvvəlki illərdə bəzi TV kanalların ölçməni həyata keçirənlərlə müəyyən gizli əlaqələri haqqında məlumatlar da dolaşırdı.

Beləliklə, hazırda MARSA televizorda nə varsa, peyk, kabel, IPTV, internet TV və ənənəvi yerüstü siqnalla ötürülən hər şeyi texnologiyaların köməyi ilə ölçür.

Yuxarıda qeyd etdiyim həmin müsahibədən görsənir ki, qurum artıq özünün ilk hesabatını da hazırlayıb və yaxınlarda açıqlayacaqlar.
MARSA-nın bu nəticələrlə bağlı maraqlı tərəflərlə birgə ictimai müzakirə təşkil etməsi, ictimai əhəmiyyət kəsb edən məlumatları açıqlaması, ictimai nəzarət imkanları yaratması da doğru və faydalı olardı.

Güman etmək olar ki, nəinki reklam verənlər, həmçinin hökumət də MARSA-nın bu məlumatlarını əldə etdikdən sonra TV-lərə qarşı yeni bir konsepsiya sərgilənəcək.
Xüsusilə də, düşünmək olar ki, MARSA-nın datası reklam verənlərin və hökumətin TV-lərə ayıracağı paraya da ciddi təsir edəcək .

Osman Gündüz
03.04.2023

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Televiziyaların reytinqini kim necə ölçür və nəticələr ağlabatan olacaqmı?

03-04-2023

Televiziyalar haqqında Milli Məclis, MARSA, yoxsa vətəndaşlar haqlıdır?

03-05-2023

Yerli və xarici TV-lərin reytinqi, tele-radio işçilərinin peşə bayramı, MARSA və AzTV haqqınd

06-11-2023

İlon Mask: "Marsa uçuşlara yaxın illərdə başlayacağıq"

23-03-2021

Azərbaycanda televiziya reytinqlərini ölçən yeni sistem təqdim edilib

17-11-2022

İlon Mask: “Starship”in Marsa ilk pilotsuz uçuşları iki ildən sonra planlaşdırılır

08-09-2024

İKTA-nın faydalı addımları və onu gözləyən risklər

12-06-2024

ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək

06-05-2015

“NASA” Marsa uçuş vaxtını iki dəfə azaldacaq

08-06-2015

Məktəblilər avtobusla Marsa səyahət edib-Video

26-07-2016

“Starship” “Optimus” ilə Marsa 2026-cı ildə göndəriləcək

15-03-2025

NASA Marsa helikopter göndərir

14-05-2018

İlon Mask iki il ərzində Marsa beş pilotsuz missiya göndərəcək

23-09-2024

Gömrüyün yeni rəqəmsal xidmətləri nə dərəcədə effektiv olacaq?

22-11-2023

Dünyanın ən güclü raketi hazırlanıb

16-01-2018

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

İKTA-nın müstəqil olmadığı halda bu formada reytinq cədvəlləri təqdim etməsi ədalətli deyil

24-01-2025

Osman Gündüz: Azercell-in dövlət şirkətinə çevrildikdən sonra vəziyyəti necə olub?

04-03-2021

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023

SpaceX Marsa ilk kosmik gəmisini nə vaxt göndərir?

28-04-2016

DTX yeni fəaliyyət istiqaməti müəyyən edib

23-04-2022

BƏƏ Marsa kosmik aparat göndərəcək

07-05-2015

NASA Marsa aparat göndərilməsini təxirə salıb

24-12-2015

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə