Previous Next
Bağla

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023 14:47
Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH
Uzun illərdi ki, kommunal sektorda, xüsusilə də, Azərişıq və Azəriqaz-da sayğac məsələsi müzakirə predmeti olaraq qalır.
 
Yəni, bu qurumlar tərəfindən sayğacların tez-tez dəyişdirilməsi, smart sayğacın mexaniki ilə əvəzlənməsi, sayğacların sərfiyyatı çox göstərməsi, bu qurumların sayğaclara əlavə cihaz və proqram təminatı yükləməsi, billinq sisteminin özləri tərəfindən yazılması , daxili sistemlərin auditi və s. həmişə müzakirə predmeti və "incə" məsələ olub.
 
Vətəndaşlarda həmişə sayğac-sərfiyyat məsələsində aldadılacağı ilə bağlı narahatçılıqlar olub və bu davam edir. Azəriqaz və eləcə də digər kommunal qurumlar bütün sayğac-sərfiyyat məsələlərinə, sayğacların testdən keçirilməsinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər.
 
İndi isə bu qurumlardan birisinin, Azəriqaz -ın sayğacların yoxlanılması ilə bağlı səlahiyyətləri Antiinhisara verilib.
 
Ötən gün Azəriqaz-a məxsus “Sayğacların müayinəsi laboratoriyası”nın idarəetməsi Antiinhisar Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna verilib. Ciddi məsələdir. Həm ölçmənin kim tərəfindən aparılması baxımından , həm də bu ölçməni həyata keçirəcək sayğacların alınması baxımından.
 
Güman ki, bundan sonra Azəriqaz, yaxud SOCAR milyonlarla vəsait tələb olunan sayğacların alınması üçün, smart yoxsa mexaniki tip sayğacların alınması üçün müstəqil qərarlar verə bilməyəcək. Bu prosesdə Antiinhisar da iştirak edəcək.
Eyni zamanda indiyədək xidməti göstərənin, təchizatçının əlində həm də onun ölçülməsini müyyən edən avadanlığın da olması maraq toqquşmaları yaradırdı.
İndi isə bu məsələ müstəqil tərəfə verilib.
 
Düşünürəm ki, bununla da kommunal sektorda ölçmə işlərində daha ağlabatan, daha etibarlı nəticələrin əldə olunması təmin ediləcək. İnanmaq istərdim ki, Antiinhisar bu prosesdə ictimai nəzarət imkanlarını yaradacaq, şəffaflığı təmin edəcək.
 
Əgər bu proseslər şəffaf, maraqlı tərəflərin iştirakı, ictimai nəzarət imkanları yaradılmadan aparılacaqsa Antiinhisar üçün əlavə bir "sayğac" başağrısının da yaranacağını proqnozlaşdırmaq olar. Ümid edirəm, bununla da, bəlkə də "kommunal xidmətlərin vahid informasiya sisteminin" yaradılması ilə bağlı Prezidentin müvafiq göstərişlərinin icrası da nəhayət sürətlənər.
 
Osman Gündüz,
 
Azərbaycan İnternet Forumunun prezidenti
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024
 "Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023
Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022
"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025
Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023
İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019
Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022
Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019
Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

08-01-2022
300 mindən çox su sayğacı quraşdırılıb

300 mindən çox su sayğacı quraşdırılıb

15-08-2015
Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022
Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018
Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

02-01-2026
Azərsu ASC-nin bir sıra xidmətləri ASAN mərkəzlərinə verilib

Azərsu ASC-nin bir sıra xidmətləri ASAN mərkəzlərinə verilib

31-01-2019
Azərişıq sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə

Azərişıq sisteminə kənar müdaxilə iddiası yenidən gündəmdə

12-09-2018
Yeni qaz sayğacları abonentlərə problemlər yaşatdı

Yeni qaz sayğacları abonentlərə problemlər yaşatdı

09-01-2019
“Kommunal Laboratoriyalar” auditor seçib

“Kommunal Laboratoriyalar” auditor seçib

15-08-2025
Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

26-02-2015
"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024
Kommunal haqların yığılması üzrə mərkəzləşdirilmiş informasiya sistemi yaradılıb

Kommunal haqların yığılması üzrə mərkəzləşdirilmiş informasiya sistemi yaradılıb

29-01-2009
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

04-04-2023
Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022
Televiziyaların reytinqini kim necə ölçür və nəticələr ağlabatan olacaqmı?

Televiziyaların reytinqini kim necə ölçür və nəticələr ağlabatan olacaqmı?

03-04-2023
Ekspert Azərişıqda yaranan billinq problemindən danışdı

Ekspert Azərişıqda yaranan billinq problemindən danışdı

15-10-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə